Mərkəzi Bank Payriff, FizzaPay, Kabox və Greentek Group-a da lisenziya verdi

Mərkəzi Bank tərəfindən müvafiq təşkilatlara elektron pul təşkilatı və ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarlarına əsasən “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Qeyd edib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Beləliklə, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, “Mobile Payment Solutions” MMC, “Mpay” QSC, “Paysis” MMC, “PulPal” MMC, “Qoldenpey” ASC, “K Group” MMC, “Azərikard” MMC,  “Payriff” QSC, “Greentek Group” elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, “Global İnnovations” MMC, “Drakaris” MMC, “Multi Solutions” MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC, “Fizza Pay” MMC, “Kabox” MMC ödəniş təşkilatı və “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar. 

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto bazarında ifrat qorxu: sadiq investorlar belə sınaqdan keçir

Kripto bazarında qorxu və tamah indeksi ifrat qorxu zonasına keçib, Bitcoin-in davamlı enişi investorların əhval-ruhiyyəsini sarsıdır.

Bitcoin dörd aylıq minimuma düşdü: kripto bazarında satış dalğası dərinləşir

Bitcoin 62 min dollar səviyyəsinə enib, qlobal kripto bazarı 24 saat ərzində 4% azalıb. Qorxu və tamah indeksi ifrat qorxu zonasına keçib.

Coinone müştəri məlumatlarının sızmasından sonra fişinq və şəxsiyyət oğurluğu barədə xəbərdarlıq edib

Cənubi Koreyanın Coinone birjası müştəri məlumatlarının sızmasından sonra istifadəçilərini fişinq və şəxsiyyət oğurluğuna qarşı xəbərdarlıq edib.

Ethereum skaleri MegaETH heyətini 20% ixtisar etdi və süni intellekt biznesinə keçir

Ethereum skaleri MegaETH heyətinin 20 faizini ixtisar edərək süni intellekt biznesinə keçdiyini elan edib. Şəbəkədə kilidlənmiş aktivlər 245 milyon dollardan 8,8 milyon dollara düşüb.

Bitcoin və ether qiymət volatilliyini gücləndirə biləcək gizli qüvvə

Market-meykerlər və dilerlərin hərəkətləri bitcoin və ether qiymətlərində dalğalanmaları gücləndirə bilər. İnvestorlar üçün risk və fürsət yanaşı gəlir.
spot_img