Mərkəzi Bank “eManat”a lisenziya verdi

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 5 iyun 2024-cü il tarixli Qərarı ilə “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

spot_imgspot_img

Oxşar xəbərlər

ADY stansiyalarında ödənişlər üztanıma ilə həyata keçiriləcək

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin stansiyalarında ödənişlər tezliklə üztanıma...

Kaspi.kz “Hepsiburada”nın əsas hissəsini alır

Türk elektron ticarət platforması Hepsiburada-nın satışı ilə bağlı proseslər davam...

Klarna Böyük Britaniyadakı “BNPL” portfelinin böyük hissəsini Elliott fonduna satır

Klarna, Böyük Britaniyadakı "BNPL" portfelinin əksər hissəsini ABŞ-ın Elliott...

Google Shopping-ə süni intellekt ilə gücləndirmə əlavə edilir

Google, alışveriş təcrübəsini daha da inkişaf etdirmək məqsədi ilə...
spot_img