“Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankında (AMB), qurumun hazırladığı “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi müzakirə edilib.

wecom.az AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinə üzv olmayan təşkilatların nümayəndələri ilə görüş keçirib.

Görüş çərçivəsində fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.

Müzakirə zamanı AMB-nin maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri – Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img