Kontakt avtomobil və avtomobil məhsullarının satışına başladı

Kontakt fəaliyyət istiqamətlərini genişləndirərək avtomobil və avtomobil məhsullarının satışına başladığını açıqlayıb. Şirkətin məlumatına görə, müştərilər artıq müxtəlif markalı avtomobilləri birbaşa platforma üzərindən seçərək sifariş edə bilərlər.

Yeni xidmət çərçivəsində alıcılara kreditlə rəsmiləşdirmə, daxili lizinq imkanları, sərfəli qiymətlər, rəsmi servis və zəmanət xidmətləri təqdim olunur. Eyni zamanda bəzi modellər üzrə nağd alış zamanı xüsusi endirimlər də tətbiq edilir.

Bununla yanaşı, şirkət avtomobil məhsulları kateqoriyasını da genişləndirib. Müştərilər artıq avtomobil lampaları, filtrlər, mühərrik yağları, müşahidə kameraları, telefon tutacaqları, adapterlər və digər aksesuarları onlayn sifariş edə bilərlər.

Şirkət bildirir ki, yeni xidmətlər avtomobil sahiblərinin həm nəqliyyat vasitəsi, həm də ona aid ehtiyaclarını vahid platforma üzərindən qarşılamağa imkan verəcək. Məqsəd isə avtomobil alışını və avtomobil məhsullarının əldə edilməsini daha rahat və əlçatan etməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Wildberries-də rəhbər dəyişikliyi: Tatyana Kim vəzifəsini tərk etdi

Wildberries marketplace platformasının təsisçisi Tatyana Kim baş direktor vəzifəsindən getdi, şirkətə Aleksey Kulikov rəhbərlik edəcək.

Signal süni intellekt nəzarətinə qarşı ekran görüntülərini məhdudlaşdırır

Signal süni intellekt əsaslı nəzarət təhlükəsinə qarşı Android və iOS tətbiqlərində ekran görüntüsü çəkmə imkanını məhdudlaşdırıb.

Avropa Mərkəzi Bankı tokenləşdirilmiş depozitlər üzrə tərəfdaşlar axtarır

Avropa Mərkəzi Bankı Appia təşəbbüsü çərçivəsində tokenləşdirilmiş depozitlər və qiymətli kağızlar üzrə eksperimentlər üçün tərəfdaşlar axtarır.

Bitcoin iki ilin minimumuna düşdü: qiymət 56 min dollaradək azaldı

Bitcoin iki ilin ən aşağı səviyyəsinə enərək 56 min dollar həddini keçib, günün ikinci yarısında isə 60 min dollar ətrafında sabitləşməyə çalışır.

MiniMax təsisçisi sərvətinin 90 faizini itirdi: süni intellekt bazarında narahatlıq artır

Çinin MiniMax şirkətinin təsisçisi Yan Junjie şirkətin dəyərinin kəskin azalması səbəbindən milyarder statusunu itirib.
spot_img