Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib

Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru, Samir Məmmədov Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib.

PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə “Allegro” şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində Birmarket komandası ilə sıx əməkdaşlıq edib.

Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər Birmarket-in Baş İcraçı Direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən PashaPay şirkətinin Baş İcraçı Direktoru olub. Təyinat Future Lab-ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.

Future Lab bundan sonra Bir ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. Future Lab-a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.

Bu dəyişikliklər Bir ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.

PAŞA Maliyyə Holdinqi 2025-ci ilin dekabr ayında yaradılıb və “PAŞA Holding”in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.

spot_imgspot_img

Oxşar xəbərlər

GPU alğı-satqısında alıcılarla təchizatçıları birləşdirən marketplace: Stoa

Stoa adlı yeni platforma GPU alğı-satqısında alıcılarla təchizatçıları bir araya gətirir və qiymət şəffaflığını artırır.

Cointelegraph trafik kəskin düşdükdən sonra alıcı axtarır

Kripto xəbər saytı Cointelegraph veb trafikinin kəskin azalmasından sonra satış üçün alıcı axtarır.

Lambda halka arzdan əvvəl 4 milyard dollara qədər investisiya alacaq

Süni intellekt bulud şirkəti Lambda halka arzdan əvvəl 4 milyard dollara qədər investisiya cəlb etməyi planlaşdırır.

Mecka AI insan hərəkəti məlumatları üçün Sequoia-dan 60 milyon dollar aldı

İnsan hərəkəti məlumatları ilə robotları təlim edən Mecka AI startapı Sequoia-dan 60 milyon dollar cəlb edib.

Gate kripto bazarında ən böyük istehlakçı trendi olaraq vahid pul tətbiqini təqdim edir

Gate birjası Gate Money adı altında vahid pul tətbiqini təqdim edib. Bu tətbiq hesablar, aktiv konvertasiyası, əmanətlər və kart ödənişlərini bir araya gətirir.
spot_img