Kofe.al – MPay nağdlaşdırılması aktivləşdirildi

Rəqəmsal yaradıcı şəxslər və oyun streamerlərinin öz pərəstişkarlarından dəstək almalarına kömək edən Kofe.al layihəsi, bir neçə həftə öncə toplanmış vəsaitlərin nağdlaşdırılmasını dondurmuşdu. Buna səbəb, nağdlaşdırma partnyoru olan MPay cüzdanının öz birinci versiyasının fəaliyyətini dayandıraraq, MPay 2.0 cüzdanına keçidi olmuşdu. MPay yeni cüzdana keçid zamanı öz API kodlarında dəyişikliklər etdiyindən, nağdlaşdırılma bir müddət dondurulmuşdu.

Dünən Kofe.al rəsmi sosial media səhifələrində, MPay cüzdanına nağdlaşdırılmasının aktivləşdirildiyi barədə məlumat paylaşılıb. Kofe.al üzvlərinin nağdlaşdırmanı problemsiz həyata keçirə bilmələri üçün bir neçə məqama diqqət etmələri lazımdır;

Nağdlaşdırmanın aktivləşdirilməsi üçün, üzvlərin verifikasiyası edilməsi lazımdır. Kofe.al fraud hallarının qarşısını almaq məqsədilə, üzvlərin handı sosial mediya kanalları vasitəsilə kofe.al keçidlərini paylaşdıqlarını və aktivliklərini yoxlayaraq, şəxsin həqiqiliyini təsdiq etdikdən sonra, verifikasiyanı tamamlayır.

Eyni zamanda MPay cüzdanının birinci versiyası artıq aktiv deyil və nağdlaşdırma üçün MPay 2.0 cüzdanı endirilərək, aktivləşdirilməsi lazımdır.

Kofe.al nağdlaşdırma zamanı tətbiq edilən 3 AZN-lik limiti da, 1 AZN olaraq təyin edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Gemini tətbiqini Apple CarPlay-ə köçürdü

Google Gemini tətbiqini Apple CarPlay platformasına köçürüb, noyabrın 11-dən qlobal yayım başlayıb.

ABŞ Ədliyyə Nazirliyi Şimali Koreyanın Binance hücumuna qarşı 1,2 milyard dollarlıq tədbir görür

ABŞ Ədliyyə Nazirliyi Şimali Koreyanın Binance birjasına qarşı kiberhücumları ilə bağlı 1,2 milyard dollarlıq kripto aktivə dair tədbirlər görür.

Bitcoin Nvidia ilə birlikdə düşür, ETF çıxışları beşinci günə çatır

Bitcoin qiyməti Nvidia səhmlərinin enişi fonunda 0,7 faiz azalıb, spot bitcoin ETF-lərindən vəsait çıxışı beşinci günə çatıb.

Nvidia rəhbərinin getməsi açıq mənbəli süni intellektə dəstəyi sual altına alır

Nvidia-nın rəhbəri vəzifəsindən getdikdən sonra şirkətin açıq mənbəli süni intellektə sadiqliyi sual altına düşüb.

Ethereum kvant kompüter təhlükəsinə qarşı yeni müdafiə hazırlayır

Ethereum kvant kompüter təhlükəsinə qarşı yeni müdafiə hazırlayır. Ethlabs 2027-ci il üçün kvant davamlı hesabları hədəfləyir.
spot_img