Kino biletləri də ABB mobile tətbiqində!

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.

Sənəd kinoteatrlarda Bankın brendinin yerləşdirilməsini və premium zalların “ABB zalları” adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən Banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur.

Bu tərəfdaşlıq sayəsində ABB mobile tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa ABB mobile tətbiqindən əldə edəcəklər.

Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa ABB mobile tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq.

ABB mobile müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

spot_imgspot_img

Oxşar xəbərlər

Reddit axtarış nəticələrində reklamları sınaqdan keçirir: trafik azalır, narahatlıq artır

Reddit axtarış nəticələrində reklam yerləşdirməyi sınaqdan keçirir. Bu addım trafikin azalması və Google-un süni intellekt axtarışının yaratdığı təzyiq fonunda atılır.

CrowdStrike süni intellekt təhlükəsizliyi üzrə iki startapa 500 milyon dollar ödəyəcək

CrowdStrike süni intellekt agentlərinin təhlükəsizliyi üzrə ixtisaslaşan Fiddler AI və Dreadnode startaplarını təxminən 500 milyon dollara alır.

Anthropic süni intellekt modellərinin kimliyini təsdiqləyən FlashProve sistemini hazırlayır

Anthropic süni intellekt cavablarının həqiqi modeldən gəldiyini təsdiqləyən FlashProve sistemi üzərində işləyir. Sistem süni intellekt ekosistemində şəffaflığı artırmağı hədəfləyir.

Netflix süni intellekt əsaslı Discover bölməsini sınaqdan keçirir

Netflix istifadəçilərin əhval-ruhiyyəsinə əsaslanan süni intellekt tövsiyə sistemi olan Discover bölməsini sınaqdan keçirir.

Amazon, Tesla və SpaceX OKX–ICE tokenlaşdırılmış səhmlərə etiraz edir

OKX və ICE-nin tokenlaşdırılmış səhmlər layihəsinə qarşı etirazlar güclənir. Amazon, Tesla və SpaceX də qoşulub, etirazçı şirkətlərin sayı 56-ya çatıb.
spot_img