Karqo məntəqələrinə lisenziya qalmaqalı

“Starex” karqo şirkətinin də daxil olduğu “Star Group” şirkəti sürətli poçtdaşıma bazarında rəqabət qaydalarının pozulduğunu bildirir.

Şirkətdə Biznesin İnkişafı və Əməliyyat Direktoru Pərviz Əzimov Facebook sosial şəbəkəsində yazıb ki, bir çox karqo şirkəti lisenziyasız fəaliyyət göstərir, bu da rəqabət qaydalarını pozur: “Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın. Düz 1 ildir rəsmi qurumlarla bu məsələ üzrə yazışmadayıq”. 

Pərviz Əzimov qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə, İqtisadiyyat Nazirliyinin bütün aidiyyatı qurumlarına, Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq lisenziyasız fəaliyyət göstərən şirkətlər ilə bağlı bir tədbir görülmür. 

“Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində. Bilmirik hər şikayətdən sonra həmin şirkətlər rəsmi qurumlarla məsələni necə həll edir, amma görünən odur ki, necəsə həll edə bilirlər. Bu gedişlə başqa yol qalmır. Yeganə çarə palaza bürünüb, elnən sürünməkdir. Çünki lisenziya alıb, o qədər xərc çəkməyin mənası yoxdur. Onsuz heç kim baxmır. Biz də başlayaq lisenziyasız yerlər açmağa”,– Pərviz Əzimov qeyd edib.

Qeyd edək ki, karqo fəaliyyəti (sürətli poçtdaşıma) üçün lisenziya almaq tələb olunur. Karqo şirkəti xidmət göstərdiyi hər bir yer üçün lisenziya almalıdır. Bu lisenziyanı almaq da çox da rahat bir iş deyil: Rüsumlar, qanuna görə alınmalı invertarlar var, həmin obyektin xüsusi sənədləri olmalıdır və s.

spot_imgspot_img

Oxşar xəbərlər

Mastercard virtual kart proqramını genişləndirir

Mastercard In Control platformasına yeni təkmilləşdirmələr əlavə edərək virtual kart proqramını genişləndirir.

Kripto müdafiə qrupları CLARITY qanununun qəbulunu dəstəkləyir, etika qaydaları müqavimətlə qarşılaşır

Kripto müdafiə qrupları CLARITY qanununun qəbulunu dəstəkləyir, lakin etika qaydaları ilə bağlı müqavimət var.

Stripe Ryder Cup Europe-un qlobal partnyoru oldu

Ödəniş şirkəti Stripe, Ryder Cup Europe ilə qlobal partnyorluq müqaviləsi imzalayaraq turnirin rəsmi maliyyə infrastrukturu oldu.

Kriptoda institusional axın memecoin həvəsini öldürdü

İnstitusional investorların kripto bazara axını memecoin-lərə olan həvəsi azaldıb. Bitcoin və Ethereum ETF-ləri üstünlük qazanır.

Tramp Amerika şirkətlərinə cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Prezidenti Donald Tramp Aİ-ni Amerika texnologiya şirkətlərinə tətbiq edilən cərimələrə görə yeni rüsumlarla hədələyib. Bu, e-ticarət və qlobal ticarət gərginliyini artırır.
spot_img