İRİA ekosistemin inkişafına yönəlmiş böyük həcmli açıq tender elan edib

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş yeni proqramlara start verilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Startapların inkişafına dəstək məqsədli innovasiya proqramı” layihəsinin icrası üzrə açıq tender elan edib.

Layihə innovativ ideyaların təşviqi, startapların inkişafına dəstək göstərilməsi və ölkədə sahibkarlıq mühitinin daha da gücləndirilməsi məqsədi daşıyır. Tender çərçivəsində il ərzində 4 ideaton, 4 startap məktəbi və 2 inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram iştirakçıları innovasiya, sahibkarlıq, məhsul inkişafı, marketinq, maliyyə və investisiya sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin GitHub kimi açıq mənbə platformalarının imkanlarından yararlanmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu tender İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yenidən təşkilatlanmasından sonra elan edilən ən böyük və ən əhatəli tenderdir. Təşəbbüs innovasiya ekosisteminin müxtəlif iştirakçılarını bir araya gətirməklə yeni ideyaların formalaşmasına, startapların inkişafına və texnologiya əsaslı həllərin yaranmasına əlavə imkanlar yaradacaq.

İRİA-nın həyata keçirdiyi bu kimi proqramlar ölkədə innovasiya mədəniyyətinin inkişafına, sahibkarlıq düşüncəsinin təşviqinə və insan kapitalının gücləndirilməsinə xidmət edir. Tender üzrə müraciətlər Dövlət satınalmalarının vahid internet portalı (E-tender) üzərindən qəbul edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Uber India rəhbərini işə götürdü

OpenAI Uber India-nın baş direktorunu işə götürərək Hindistanda əməliyyatları genişləndirmək məqsədi güdür.

Revora MENA regionunda süni intellektə əsaslanan ticarət üçün 2 milyon dollar investisiya topladı

Revora e-ticarət startupı süni intellektlə işləyən konversasiya ticarəti üçün 2 milyon dollar seed investisiya topladı.

Robotaksilər təmizlik və doldurma üçün millər yol qət edir; yeni startup bunu düzəltmək istəyir

Aseon Labs robotaksilər üçün təmizlik və doldurma məntəqələri qurmaq məqsədilə 10 milyon dollar investisiya topladı.

Süni intellekt e-ticarətdə iki peşəkar qrupu sürətlə dəyişdirir

Süni intellekt e-ticarətdə iki peşəkar qrupu sürətlə dəyişdirir: müştəri xidmətləri və dizayn. Yeni hesabat bu transformasiyanı ətraflı təhlil edir.

Avstraliya tənzimləyicisi kripto lisenziyalaşdırma üçün güzəşt müddətini uzatdı

ASIC, kripto bizneslər üçün tətbiq güzəştini 30 sentyabr 2026-cı ilə qədər uzatdı.
spot_img