“INNOSTART” hakatonları ilə gələcəyin startapları formalaşır

İlin ekosistem oyunçusu qaldığı yerdən davam edir! INNOSTART proqramının 2 hakatonu baş tutub, qaliblər müəyyən olunub.

25-26 yanvar 2025-ci il tarixlərində Naxçıvan və Sumqayıt şəhərlərində eyni anda iki genişmiqyaslı hakaton baş tutub. 100-dən çox gənc iştirakçı innovativ ideyaları ilə yarışaraq, ən kreativ və perspektivli həlləri təqdim edib.

Sumqayıt Hakatonu

Şimal bölgələri, Abşeron və Sumqayıtdan olan 17 komanda arasında gərgin mübarizə aparılıb.

Qalib komandalar:

• İzPay Offline – Yeni nəsil ödəniş sistemi

• StartApp – Startapçıları bir araya gətirən dəstək icması və tətbiqi

• İdeaLab – Səhiyyə sektorunda rəqəmsal tibbi köməkçi

Naxçıvan Hakatonu

Naxçıvanda keçirilən hakatonda 11 komanda iştirak edib.

İlk üç yerin qalibləri:

• Sepcdeaf – Eşitmə məhdudiyyəti olan şəxslər üçün səsi yazıya çevirən, eynəyə montaj edilən qurğu

• OnePharm – Elektron resept və apteklərdən onlayn çatdırılma platforması

• SafeOrbit – Oyun oynayaraq proqramlaşdırma öyrədən platforma

İnkubasiya Proqramına Seçim və Yeni İmkanlar

Hər iki bölgədən ilk üç yeri tutan komandalar və jüri tərəfindən seçilən dördüncü komanda öz ideyalarını daha da inkişaf etdirmək və startap modelinə uyğunlaşdırmaq üçün INNOSTART İnkubasiya Proqramına qatılmaq imkanı əldə edib.

Qaliblər Üçün Mükafatlar

Hər iki hakatonda fərqlənən komandalar aşağıdakı mükafatlarla təltif olunub:

• 1-ci yer – 3 000 AZN

• 2-ci yer – 1 500 AZN

• 3-cü yer – 500 AZN

INNOSTART – Startap Ekosisteminin İnkişafına Dəstək

SUP.VC-nin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən INNOSTART, bölgələrdə startap ekosistemini inkişaf etdirməyə yönəlmiş genişmiqyaslı proqramdır. Hakaton iştirakçıları üçün bu yarış yalnız bir müsabiqə deyil, həm də innovativ həllərin real bazara çıxarılması üçün mühüm bir addımdır.

Bu tədbir ölkədə startap mühitinin inkişafı, gənclərin texnologiya sahəsində fəaliyyətə təşviqi və innovativ həllərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img