İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi “Trendyol” ilə məlumat mübadiləsi həyata keçirəcək

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Türkiyənin tanınmış onlayn satış platforması olan “Trendyol”un nümayəndə heyəti arasında görüş keçirilib.

Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə qonaqlara İKTA və onun fəaliyyət istiqamətləri, həmçinin Azərbaycanda poçt xidmətləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda “Trendyol” istifadəçilərinin sayı artmaqdadır və bu, poçt operatorlarının (karqo şirkətlərinin) fəaliyyətində də özünü göstərir. Hazırda 11 poçt rabitəsi operatoruna məxsus 400-ə yaxın poçt obyektində bu satış platformasından birbaşa çatdırılma həyata keçirilir.

Qeyd edilib ki, İKTA-ya lisenziyasız poçt fəaliyyəti ilə bağlı daxil olan müraciətlər Agentlik tərəfindən araşdırılır və əldə olunan məlumatlar qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə İqtisadiyyat Nazirliyinə göndərilir.

Agentlik rəsmiləri istehlakçı hüquqlarının qorunması, şəffaflığın və müştəri məmnuniyyətinin artırılması naminə adıçəkilən satış platforması ilə məlumat mübadiləsinin vacib olduğunu bildiriblər.

“Trendyol” rəsmiləri çıxış edərək bildiriblər ki, təmsil etdikləri satış platforması Azərbaycan bazarına önəm verir. Şirkət İKTA və digər dövlət qurumları ilə əməkdaşlığa və məlumat mübadiləsinə hazırdır.

Qeyd edilib ki, şirkət Azərbaycanda istehsal edilən məhsulların da bu platformada satışının təşkil olunmasında maraqlıdır.

Belə təmasların hər iki tərəf üçün əhəmiyyətinin böyük olduğunu nəzərə alaraq görüşlərin davamlı keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Tədqiqat: Grok və GPT seçki mövzusunda 90 faizdən çox halda fərqli cavab verir

Tədqiqat Grok və GPT modellərinin seçki mövzusunda 90 faizdən çox halda fərqli cavab verdiyini aşkar edib.

Block-un yeni səsli süni intellekti insan səsinə bənzəyir: həm heyranlıq, həm də fırıldaq qorxusu

Block-un səsli süni intellekti insan səsinə bənzəyərək qarışıq reaksiyalar doğurub: heyranlıq və fırıldaq qorxusu.

Wells Fargo və digər şirkətlər OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edir

Wells Fargo və daha beş şirkət OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edib. Etiraz edənlərin ümumi sayı 22-yə çatıb.

Bitcoin 80 min dollardan aşağı düşdü: ABŞ-ın Yaxın Şərqdən təxliyəsi bazara təzyiq edir

Bitcoin bir aydan çox müddətin ən aşağı səviyyəsinə enib. ABŞ-ın Yaxın Şərqdən təxliyəsi fonunda kripto bazarı həftəsonu təzyiqi altındadır.

ABŞ senatoru Tether barədə araşdırma başladıb: keçmiş Tramp müşaviri ilə razılaşma

Senat alt komitəsinin demokrat üzvü Tether-dən Nxum ilə razılaşmaya dair sənədləri tələb edib, stablecoin şəffaflığı müzakirə olunur.
spot_img