İlon Maskın sərvəri 700 milyard dollara çatıb

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

“Forbes”un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, “SpaceX“ şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi.

spot_imgspot_img

Oxşar xəbərlər

Türkiyə Mərkəzi Bankı 9 aydan sonra faiz dərəcəsini endirdi

Türkiyə Mərkəzi Bankı 9 aylıq fasilədən sonra uçot faiz dərəcəsini 100 baza bəndi azaldaraq 36%-ə endirib.

Windows 11-də Copilot sadələşdirilir: süni intellekt funksiyaları azaldılır

Microsoft Windows 11-də Copilot sadələşdirilməsi çərçivəsində Fayl Kəşfiyyatçısındakı 8 süni intellekt əməliyyatını silməyə hazırlaşır.

Alış-verişlərdə yeni taksit qaydası: elektronika və seyahat üçün limitlər müəyyən edildi

Elektronika, ağ əşya və səyahət xərcləri üzrə vekselli taksit satışına yeni limitlər müəyyən edildi — qaydalar istehlakçı büdcəsinə və e-ticarət bazarına təsir edəcək.

Rusiyada istehlakçılar drogery mağazalarında alışlarını azaldıb

Rusiyada istehlakçılar drogery mağazalarında alışları azaldıb — əsas səbəb gündəlik tələbat mallarının marketplace platformalarında satışının yüksək payıdır.

Rusiyada dövlət sifarişçiləri server və data mərkəzi xidmətlərinə xərci artırdı

Rusiyada dövlət sifarişçiləri server avadanlığı və data mərkəzi xidmətlərinə xərci artırıb — bu, rəqəmsal infrastruktur bazarında tələbin artdığını göstərir.
spot_img