IKEA alıcılar arasında öz məhsullarının təkrar satışı üçün marketpleysi sınaqdan keçirəcək

Şirkətin dediyinə görə, bu bazarda onun payı yeni mebel satış bazarından da böyükdür.

IKEA istifadəçilərin bir-birinə istehsalçının işlənmiş məhsullarını birbaşa satıb ala biləcəkləri IKEA Preowned adlı marketpleysi işə salır. Financial Times-ın məlumatına görə, bu platforma 2024-cü ilin sonuna qədər Madrid və Osloda sınaqdan keçiriləcək.

Müştərilər məhsulun adını, öz çəkdikləri şəkilləri və qiyməti yerləşdirə bilərlər. IKEA-nın alqoritmləri məhsulu tanıyacaq və onun ölçülərini və pərakəndə satış şəkillərini əlavə edəcək. Elan yerləşdirmək pulsuzdur, lakin şirkət gələcəkdə “simvolik bir ödəniş” tətbiq edə biləcəyini bildirir.

Alıcı məhsulu birbaşa satıcıdan götürə biləcək, satıcı isə pulu və ya IKEA-dan 15% bonuslu vauçer əldə edəcək. Hazırda saytda divan və çarpayı kimi iri mebellərdən tutmuş, lampa və rəflər kimi kiçik əşyalar da yerləşdirilib.

IKEA-nın artıq işlənmiş məhsulların alınması proqramı var idi: pərakəndə satıcı müştərilərdən mebeli geri alır və onu mağazalardakı ucuz məhsullar bölməsində yenidən satırdı. FT qeyd edir ki, yeni platforma isə ikinci əl bazarına yönəlib və istifadəçilərin məhsulları birbaşa bir-birinə satmasına imkan yaradacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

Mastercard TIME və Fortune AIQ reytinqlərində qlobal liderlər sırasında

Mastercard TIME-ın ən yaxşı şirkətlər siyahısında ilk 20-liyə, Fortune AIQ 75 reytinqində isə 6-cı yerə yüksəlib.

CaixaBank süni intellekt və məlumat bölməsi yaradır

İspaniyanın CaixaBank bankı rəqəmsal transformasiyanı sürətləndirmək üçün ilk süni intellekt və məlumat bölməsini yaradıb.

ChatGPT-yə virtual paltar sınama funksiyası gəldi

ChatGPT yeni virtual paltar sınama funksiyası ilə onlayn alış-veriş təcrübəsini dəyişməyi hədəfləyir.

Constructor agent əsaslı ödəniş platformasını təqdim etdi

Constructor Stripe ilə inteqrasiya olunmuş agent əsaslı Agentic Checkout ödəniş platformasını elan edib.

Wildberries avtomağaza ilə sifariş çatdırılmasına başlaydı

Wildberries Tver vilayətində sifarişlərin avtomağaza vasitəsilə çatdırılması pilot layihəsini işə salıb.
spot_img