Google-dan süni intellekt dəstəkli geyim sınağı tətbiqi: Doppl

Google-un yeni tətbiqi Doppl, istifadəçilərə geyimləri rəqəmsal olaraq üzərlərində sınaqdan keçirməyə imkan verir. Süni intellektlə dəstəklənən bu tətbiq, şəxsi stil kəşfini asanlaşdırır.

Keçən ilin may ayında Google-un süni intellekt dəstəkli onlayn alış-veriş alətlərini təqdim etdiyini sizə çatdırmışdıq. Şirkət bu mövzuda yeni bir inkişafla yenidən gündəmə gəlib.

Google, istifadəçilərin mağazada gördükləri geyimləri öz üzərlərində rəqəmsal olaraq yoxlaya biləcəkləri yeni tətbiq Doppl-ı ABŞ-da istifadəyə verib. Şirkət süni intellekt dəstəkli bu tətbiq vasitəsilə şəxsi stil kəşfini daha əlçatan və interaktiv etməyi hədəflədiyini bildirib.

iOS və Android cihazlarda istifadə oluna bilən Doppl, istifadəçidən tam bədən fotosunu yükləməyi tələb edir. Daha sonra istifadəçi mağazada gördüyü geyimin şəklini və ya sosial şəbəkədən götürdüyü ekran görüntüsünü tətbiqə yükləyərək həmin geyimin öz bədənində necə göründüyünü görə bilir.

Tətbiq seçilmiş geyimi sadəcə rəqəmsal avatar üzərində vizuallaşdırmaqla kifayətlənmir, eyni zamanda süni intellektlə həmin geyimin hərəkətdə necə görünəcəyini simulyasiya edən videolar da yarada bilir.

Google bildirir ki, Doppl əvvəllər Google Shopping platformasında təqdim olunan virtual sınaq texnologiyalarının təkmilləşdirilmiş versiyasıdır. Lakin bu dəfə istifadəçilər müxtəlif model tipləri əvəzinə birbaşa öz görüntüləri üzərində geyimləri yoxlaya bilirlər.

Şirkət həmçinin tətbiqin hələ erkən mərhələdə olduğunu və nəticələrin həmişə reallığı tam əks etdirməyə biləcəyini qeyd edib. Tətbiqin gələcəkdə digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi isə hələ ki, bəlli deyil. Digər tərəfdən, Doppl süni intellektin təkcə mətn və ya vizual yaradılmasında deyil, real həyatla birbaşa təmasda olan sahələrdə necə tətbiq oluna biləcəyinə dair güclü bir nümunə təqdim edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...

OpenAI-dən Yeni Dövrün Başlanğıcı: ChatGPT Agent Artıq Kompüterinizin Əsl Operatorudur

OpenAI tənbəllər üçün deyil, gələcəyin istifadəçisi üçün nəzərdə tutulan...
spot_img