Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib

Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru, Samir Məmmədov Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib.

PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə “Allegro” şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində Birmarket komandası ilə sıx əməkdaşlıq edib.

Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər Birmarket-in Baş İcraçı Direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən PashaPay şirkətinin Baş İcraçı Direktoru olub. Təyinat Future Lab-ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.

Future Lab bundan sonra Bir ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. Future Lab-a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.

Bu dəyişikliklər Bir ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.

PAŞA Maliyyə Holdinqi 2025-ci ilin dekabr ayında yaradılıb və “PAŞA Holding”in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiyanı 28% artırıb

AİB-in Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 28,1% artaraq 2,075 milyon dollar olub.

Kripto və süni intellektin yeni sərhədi: Framework-in Anderson danışır

Framework Ventures-in həmtəsisçisi Michael Anderson blokçeynin süni intellekt və robototexnikanın maliyyələşdirilməsində əsas rol oynayacağını bildirib.

Binance-dən 400 milyon dollarlıq həftəlik çıxış MiCA təsiri

Binance-də 400 milyon dollardan çox həftəlik xalis çıxış, MiCA tənzimləməsinin son tarixi yaxınlaşdıqca qeydə alınıb.

Bitcoin 60.000 dolların altına düşdü, nadir ardıcıl rüblük itkiyə doğru gedir

Bitcoin 60.000 dolların altına düşərək nadir ardıcıl rüblük itkiyə doğru gedir.

Bu gün kripto dünyasında nə baş verdi? — Gündəlik icmal

Bitcoin qiyməti, blokçeyn xəbərləri və DeFi trendləri ilə kripto bazarının gündəlik icmalı.
spot_img