Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi “süni intellekt memarlarını” seçmişdi.

Nəşrin fikrincə, Huang “qlobal iqtisadiyyatı dəyişə biləcək miqyaslı süni intellekt bumunun hərəkətverici qüvvəsi” olub.

Huang Nvidia-nı “tarixin ən əhəmiyyətli texnoloji şirkətlərindən biri” adlandırır. Hazırda şirkət təxminən 5 trilyon ABŞ dolları həcmində bazar kapitallaşması ilə dünyanın ən bahalı şirkəti hesab olunur.

Financial Times qeyd edir ki, 2025-ci ilə qədər Nvidia çipləri süni intellektin inkişafının “mühərrikinə” çevrilib, onun biznes və maliyyə sektorunda geniş yayılmasına təkan verərək yeni texnoloji dövrün başlanğıcını qoyub.

Huang özəl sektor tərəfindən indiyədək həyata keçirilmiş ən böyük investisiya proqramlarından birinin mərkəzində yer alıb. Bu proqram eyni zamanda ABŞ iqtisadiyyatını dəstəkləyib və fond bazarında bumu sürətləndirib. O, həmçinin bütöv sahələri köklü şəkildə dəyişə biləcək texnologiyanın tətbiqinin əsas hərəkətverici qüvvəsi olub.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img