Fərid Osmanov: “Hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay”lə həyata keçirilir”

Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay” vasitəsilə həyata keçirilir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib. “Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.

O, həmçinin deyib ki, ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb. 2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img