ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

Bu barədə “Report”a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər.

Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Decisions API istifadəyə açıldı: süni intellekt biznes qərarlarını sürətləndirir

OpenAI süni intellekt əsaslı qərarvermə aləti olan Decisions API-ı geniş istifadəyə açıb. Məhsul iş axınlarındakı kiçik və tez-tez təkrarlanan qərarların avtomatlaşdırılmasına fokuslanır.

SEC tokenizasiyanı 2027-ci il bazar yoxlamalarında yüksək risk sahəsi kimi qeyd etdi

SEC tokenizasiyanı 2027-ci il bazar yoxlamalarında yüksək risk sahəsi kimi müəyyən edib, kripto isə ayrıca kateqoriya kimi göstərilməyib.

Rusiya Mərkəzi Bankı 2027-ci ildə rəqəmsal rubl ilə oflayn ödənişləri sınaqdan keçirəcək

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl ilə oflayn ödənişləri 2027-ci ildə sınaqdan keçirməyi, ilin sonunda isə abunə xidmətlərini təqdim etməyi planlaşdırır.

a16z kripto investisiya qolunu genişləndirərək a16z Frontier adını aldı

Andreessen Horowitz-in kripto bölməsi a16z Frontier adı ilə fəaliyyət göstərəcək və investisiya əhatəsini genişləndirəcək.

Daytona süni intellekt agentləri üçün bulud platforması ilə 1 milyard dollar dəyərə çatdı

Süni intellekt agentləri üçün bulud infrastrukturu quran Daytona startupı 1 milyard dollarlıq qiymətləndirməyə çatıb.
spot_img