EPoint şirkətindən Mobile Pos xidməti

Epoint Inc. şirkəti kiçik və orta biznes üçün nağdsız ödənişləri daha rahat və sürətli qəbul etməyə kömək edən yeni məhsulu — Mobile POS-u təqdim edir.

Epoint-in rəqəmsal həllər və elektron ticarət məhsullarının təbliğatında tərəfdaşı, rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkətidir.

Layihə, texnoloji proqram təminatçısı EasyGo ilə birgə həyata keçirilib.

Hər biznes növü üçün sadəlik və rahatlıq

Müştərilərin qoşulma prosesi tamamilə onlayn rejimdə rəqəmsal imza vasitəsilə sənədlərin imzalanması ilə həyata keçirilir ki, bu da işi sadələşdirir və qoşulma vaxtını qısaldır. Epoint platformasında vahid qeydiyyatdan keçməklə, müştəri hansı bankda xidmət göstərilməsindən asılı olmayaraq, Mobile POS sisteminə çıxış əldə edir və ödənişləri qəbul etməyə dərhal başlaya bilər.

Mobile POS istənilən smartfonu tam funksional POS-terminala çevirir ki, bu da xüsusilə səyyar xidmət göstərən və ya çatdırılma biznesləri üçün əlverişlidir. Artıq ağır avadanlığa ehtiyac yoxdur — bütün əməliyyatlar bir neçə dəqiqə ərzində yüklənə bilən mobil tətbiq vasitəsilə həyata keçirilir.

Mobile POS-un əsas üstünlükləri:

– Mobillik: Ödənişləri sizə və müştərinizə uyğun olan yerdə qəbul edin.

– Çeviklik: Visa və digər ödəniş sistemlərinə aid təmassız kartlar da daxil olmaqla bütün kart növlərini dəstəkləyir, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş etməyə imkan yaradır.

– Təhlükəsizlik: Bütün əməliyyatlar qabaqcıl təhlükəsizlik texnologiyaları ilə qorunur və hər bir ödəniş mərhələsində etibarlılığı təmin edir.

Mobile POS müştərilərlə işləyərkən rahatlıq, mobillik və təhlükəsizliyi qiymətləndirənlər üçün nəzərdə tutulub. Bu, ödənişləri istənilən vaxt və istənilən yerdə qəbul etmək üçün ideal bir həll yoludur.

“Biz Mobile POS-terminalın əldə edilmə prosesini tamamilə rəqəmsallaşdırmışıq ki, bu da müştərilər üçün terminalı alma və işə başlama prosesini sadələşdirir və sürətləndirir. Biz həmçinin məhsulu banklardan tam asılı olmayan və müştərilərə vəsaitləri müxtəlif banklarda yerləşən hesablarına köçürmək üçün sərbəst seçim imkanı verən desentralizə edilmiş bir strategiya tətbiq etdik. 

Mobil terminalın əldə olunma müddəti cəmi bir neçə dəqiqə çəkir, halbuki banklarda bu proses 1-3 iş günü arasında vaxt tələb edə bilər. Bu yeniliklər bizim rəqəmsal və mobil xidmətlərin inkişafı strategiyamıza, həmçinin Azərbaycanda KOB və mikro-bizneslərin dəstəklənməsinə əsaslanır. İlk müştərilərimiz üçün bu xidmət 3 ay ərzində tamamilə pulsuz təqdim olunacaq”, — deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.

Mobile POS məhsulu və qoşulma imkanları haqqında daha ətraflı məlumat üçün veb saytımıza daxil olun: epoint.az

Mətbuat üçün əlaqə məlumatları: Telefon: +99470 242 99 66

Elektron poçt: info@epoint.az

Bizim xəbərləri sosial şəbəkələrdə izləyin: FacebookInstagramLinkedIn.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Gemini arayüzünə dinamik rəng dəstəyi gəldi

Google Gemini arayüzünə dinamik rəng dəstəyi əlavə etdi. Android istifadəçiləri üçün yenilik.

Bitcoin 2020 çöküşündən bəri ən çox satılmış vəziyyətdə: $70K mümkündür?

Bitcoin RSI göstəricisi 2020-dən bəri ən aşağı səviyyədə. Tarixi məlumatlar $70K-yə yüksəlişə işarə edir.

Apple sövdələşməsi Intel üçün BofA-nın qiymətləndirməsini dəyişmədi

Apple ilə Intel arasında yeni sövdələşmə BofA-nın Intel üçün mənfi qiymətləndirməsini dəyişdirmədi. Ekspertlər riskləri vurğulayır.

ENPF-dən pul çıxarmaq çətinləşir: 2026-cı il üçün yeni limitlər

2026-cı ildən etibarən ENPF-dən vəsait çıxarmaq üçün yeni limitlər tətbiq olunur. Bu fintex bazarına təsir göstərə bilər.

Bitcoin yenidən 61,000 dollar səviyyəsini keçdi – bazar analizi

Bitcoin son düşüşdən sonra sürətlə toparlanaraq 61,000 dolları keçdi. 1.6 milyard dollarlıq likvidasiyaya baxmayaraq bazar optimistdir.
spot_img