Elon Muskın “X TV” tətbiqi istifadəyə verildi

Elon Muskın sahibi olduğu X platformunun yeni video yönümlü tətbiqi X TV, müxtəlif tətbiq mağazalarında istifadəçilərin ixtiyarına verilib. Tətbiq Google Play, LG-nin tətbiq mağazası və Amazon App Store kimi platformalarda yer alır.

Tətbiqin buraxılış tarixləri platformaya görə dəyişiklik göstərsə də, Amazon-da iyul ayının sonunda, LG-nin mağazasında isə 29 avqust 2024 tarixindən etibarən yayımlanmağa başlayıb.

Tətbiqdən istifadə etmək üçün X hesabına malik olmaq lazımdır. Bu tətbiq, istifadəçilərə xüsusi məzmunlar, canlı tədbirlər və xəbərlər təqdim etməyi vəd edir. X TV tətbiqi ümumi mənada YouTube-a bənzər bir platforma kimi qiymətləndirilsə də, məzmun baxımından daha mübahisəli mövzulara və daha az reklama malik olması gözlənilir.

YouTube-un 2024-cü ilin ilk yarısında reklamlardan 15,5 milyard dollar, 2023-cü ildə isə ümumilikdə 31,5 milyard dollar gəlir əldə etdiyi nəzərə alındıqda, X TV-nin YouTube-a rəqib və ya alternativ olaraq qiymətləndirilməsi hələ tez ola bilər.

Google Play-dəki tətbiq açıqlamasında X TV-nin hər kəs üçün etibarlı qlobal rəqəmsal meydan olduğu və bənzərsiz və maraqlı məzmunları qonaq otaqlarına gətirdiyi qeyd olunur. Digər tərəfdən, X TV-nin LG versiyasında məxfilik siyasəti və xidmət şərtlərinə keçidlər olsa da, bu keçidlərin kliklənərək görüntülənə bilmədiyi, tvOS versiyasında isə bu keçidlərin olmadığı qeyd olunur.

X TV-nin gələcək performansı və istifadəçi rəyləri, platformanın iddialarının nə dərəcədə gerçək olduğunu göstərəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Özbəkistanda “Telegram Wallet”dan istifadə rəsmiləşib

9 dekabr 2025-ci il tarixindən etibarən Özbəkistanda Telegram istifadəçiləri...

AMB qumar oyunları təşkil etməkdə ittiham olunan “Paysis”in fəaliyyətini dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis"...

Liberman qardaşları İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə Süni İntellekt laboratoriyası ilə əlaqədar görüşüblər.

Mikayıl Cabbarov və Liberman qardaşları: Azərbaycanda Mərkəzləşdirilməmiş Süni İntellekt...

Azərbaycan 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib

Azərbaycanın Prezidenti İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu...

Tatyana Kim rəsmi olaraq Wildberries-in yeganə sahibi oldu

Vladislav Bakalçuk ona öz 1%-lik payını verib. Məhkəmə bununla...
spot_img