Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək. Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Hyperliquid qurucusu tənzimləmənin blokçeynə deyil, platformalara tətbiqini istəyir

Hyperliquid qurucusu Jeff Yan tənzimləmənin blokçeynə deyil, platformalara tətbiqini təklif edir.

Bitcoin, ether və XRP dəyər itirdi: 1 milyard dollarlıq kripto mərc məhv oldu

Bitcoin, ether və XRP dəyər itirdi, təxminən 1 milyard dollarlıq kripto mərc məhv oldu.

Intero Biosystems TechCrunch Disrupt 2026 Startup Battlefield müsabiqəsinin qalibi oldu

Intero Biosystems TechCrunch Disrupt 2026 tədbirində Startup Battlefield müsabiqəsinin qalibi olub. Şirkət 199 digər startupı geridə qoyaraq 100 min dollarlıq mükafatı qazanıb.

Bitcoin bir ayda ilk dəfə 80 min dollardan aşağı düşdü, sonra 82 minə qayıtdı

Bitcoin bir ay ərzində ilk dəfə 80 min dollardan aşağı düşdü, lakin tezliklə 82 min dollara qayıtdı. Süni intellekt səhmlərindəki satış dalğası kripto bazarını da sarsıtdı.

Bitcoin 80 min dollar səviyyəsində qaldı, Asiya bazarında altkoinlər ucuzlaşdı

Bitcoin Asiya bazarındakı satış dalğasına baxmayaraq 80 min dollar səviyyəsindən yuxarıda qalıb.
spot_img