“e-mühasibat” informasiya sistemi yaradılacaq

“e-mühasibat” informasiya sistemi yaradılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

– mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

– mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Qeyd edilib ki, “Mühasibat uçotu haqqında” qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergi ödəyiciləri aid edilib.

Təklif olunan qanun layihəsinə əsasən:

– büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması təklif olunur;

– mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur.

Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, “e-mühasibat” informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçünmaliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara (beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnləri, mühasibat uçotunu tənzimləyən hüquqi aktların rəsmi dərc edilmiş elektron mətnlərinə keçidlər, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatları və maarifləndirici məlumatlar) çıxışını təmin edir.

Qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

Opera brauzerdə süni intellekti lokal işə salmaq üçün yeni standart təqdim etdi

Opera brauzerdə süni intellekt modellərinin lokal işə salınmasına imkan verən WebAI standartını təqdim edib. Bu, məlumat məxfiliyi baxımından mühüm addımdır.

Apple iOS 27.2 yeniləməsini yayımladı: Siri AI yeni dilləri dəstəkləyir

Apple iPhone və iPad üçün iOS 27.2 yeniləməsini təqdim edib. Yeniləmə Siri AI üçün yeni dil dəstəyi və təhlükəsizlik düzəlişləri gətirir.

Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə qeyd edib

Rabitəbank uşaqlar üçün nəzərdə tutulmuş “Rabita Junior” tətbiqi və “Kartmane Junior” kartının ilk yaşını xüsusi tədbirlə qeyd edib.

Nasdaq-100 indeksi blokçeynə keçdi: Janus Henderson ilk lisenziyalı fonu təqdim etdi

Janus Henderson və Centrifuge Nasdaq-100 indeksinə əsaslanan ilk lisenziyalı blokçeyn fonunu təqdim edib. Fond Stellar şəbəkəsində işləyir.

Microsoft 60 min işçisinə könüllü işdən çıxma təklif edir

Microsoft təxminən 60 min işçisinə könüllü işdən çıxma təklif edib. Bu addım süni intellekt investisiyaları və xərclərin optimallaşdırılması ilə bağlıdır.
spot_img