Dövlət Xidməti genişzolaqlı internet xidməti bazarında araşdırmaya başlayıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.

Məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlərinin internet xidmətlərinin minimum tariflərini yüksəltməsinə dair xəbərlər yer alır, məsələ ilə əlaqədar Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Belə ki, internet provayderlərinin nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərini 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzləyəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların, Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərini müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin kollektiv əsaslarla müəyyən etdiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlər təyin etdiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderlərinin əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçirəcəyinin ilkin əlamətləri müşahidə olunur.

Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb, bazar iştirakçılarına sorğu məktubları ünvanlayıb, bir sıra görüşlər keçirib və onlardan müvafiq məlumatlar istəyib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Wildberries ve “Smeşariki” limitli geyim kolleksiyası təqdim etdi

Wildberries "Smeşariki" personajları və "Telodvijeniya" brendi ilə birlikdə limitli geyim kolleksiyası təqdim edib.

Cənubi Koreya bank yönümlü stablecoin və kripto birjalarına limit təklif edir

Cənubi Koreya bank yönümlü stablecoin modeli və kripto birjalarında 20 faiz pay limiti nəzərdə tutan qanun layihəsini təqdim edib.

Amazon Nvidia ilə rəqabət üçün 7,5 milyard dollar xərcləyir

Amazon süni intellekt çipləri bazarında Nvidia ilə rəqabəti gücləndirmək üçün Decart-ı 7,5 milyard dollara qədər məbləğə almaq barədə razılığa gəlib.

Franklin Templeton investorları süni intellektdən kənara çıxmağa çağırır

Franklin Templeton investorları portfellərində süni intellekt aktivlərinin payını azaltmağa və digər sektorlara diqqət yetirməyə çağırır.

ABŞ Alibaba törəmə şirkətini və Megaspeed-i qara siyahıya salıb

ABŞ administrasiyası qabaqcıl süni intellekt çiplərinin Çinə ötürülməsi şübhələri fonunda Alibaba törəmə şirkətini və Megaspeed-i qara siyahıya salıb.
spot_img