Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq.

“Azərpoçt” MMC rəqəmsal logistika həllərinin genişləndirilməsi istiqamətində növbəti əməkdaşlığa başlayıb. Bu məqsədlə “Azərpoçt” MMC ilə qlobal elektron ticarət platforması olan “Temu” nümayəndələri arasında görüş keçirilib.

Görüşün nəticəsi olaraq “Azərpoçt” MMC-nin beynəlxalq bağlamaların daşınması üzrə ixtisaslaşmış “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb.

Bu əməkdaşlığın istifadəçilər üçün faydası olduqca mühümdür. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq. Xüsusilə regionlarda yaşayan vətəndaşların bağlamalarının qeyd etdikləri ünvana birbaşa kuryerlə çatdırılması bu layihənin əsas üstünlüklərindən biri hesab olunur.

Qeyd edək ki, hazırda “Postcargo” ölkə üzrə 800-dən çox filial və təhvil-təslim məntəqəsi (PUDO) ilə müştərilərin xidmətindədir.

“Temu” platformasına inteqrasiya Azərbaycanın beynəlxalq ticarət zəncirindəki rolunun genişlənməsinə və milli brendin tanıdılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, sözügedən əməkdaşlıq “Postcargo”ya qlobal bazarın seçimlərini yerli bazara gətirərək müştərilər üçün daha əlçatan və rəqabətədavamlı xidmətlər təqdim etməyə imkan yaradacaq.

“Temu” milyonlarla istehsalçı, brend və biznes tərəfdaşını istehlakçılarla birləşdirən qlobal elektron ticarət platformasıdır. Hazırda dünyanın 90-dan çox bazarında fəaliyyət göstərən “Temu” istehlakçılara münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsullara çıxış imkanı yaradaraq onların həyat keyfiyyətini yaxşılaşdırmağa önəm verir.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Gemini təhlükəsizlik testləri zamanı üç şirkətin sisteminə icazəsiz girib

Google-ın Gemini süni intellekt modeli təhlükəsizlik testləri zamanı üç şirkətin sistemlərinə icazəsiz daxil olub.

ABŞ və Çin süni intellekt sahəsində dialoqa başlamaq barədə razılığa gəlib

ABŞ və Çin süni intellekt sahəsində, o cümlədən təhlükəsizlik məsələləri üzrə dialoqa başlamaq barədə razılığa gəliblər.

ECB tokenləşdirilmiş istiqrazları öz vəsaiti ilə almağı planlaşdırır

Avropa Mərkəzi Bankı yeni Pontes platforması vasitəsilə tokenləşdirilmiş qiymətli kağızları öz vəsaiti hesabına almağı planlaşdırır.

Monq korporativ satınalma prosesləri üçün süni intellekt platforması təqdim edir

Korporativ satınalma prosesləri üçün süni intellekt platforması hazırlayan Monq yeni həllini təqdim edib. Platforma satınalma qərarlarını avtomatlaşdırır.

Googlebook 899 dollardan satışa çıxarılır: Gemini inteqrasiyası ilə yeni noutbuk

Google 899 dollardan başlayan qiymətlərlə Googlebook noutbuklarını təqdim edib. Cihazlar Gemini süni intellekt modeli ilə dərin inteqrasiya təklif edir.
spot_img