Cloudflare-də baş verən kəsinti Qlobal və Azərbaycan internetinə təsir edib

Cloudflare-in qlobal şəbəkəsində baş verən geniş miqyaslı nasazlıq Azərbaycanda internet xidmətlərinin fəaliyyətini ciddi şəkildə iflic edib. Kəsinti nəticəsində ölkədə bir çox veb-resurslara, o cümlədən media portallarına, informasiya saytlarına və sosial şəbəkələrə çıxış tamamilə dayanıb. Xüsusilə X.com platforması tam əlçatmaz vəziyyətə düşüb və istifadəçilər sayta daxil ola bilmirlər.

Problemin təsiri təkcə media sahəsi ilə məhdudlaşmır. Cloudflare infrastrukturu üzərindən çalışan yerli e-ticarət platformalarının da fəaliyyəti dayanıb. BirMarket, Kontakt, MGstore, MyShop kimi onlayn mağazalar tamamilə açıqlanmır və istifadəçilər heç bir əməliyyat həyata keçirə bilmirlər.

Eyni vəziyyət elektron ödəniş sistemlərində də müşahidə olunur. Epoint, Fizzapay, GoldenPay kimi fintech xidmətlərinin saytları açılmır və tranzaksiya xidmətləri faktiki olaraq işləmir. Kəsintinin miqyası göstərir ki, problem CDN və təhlükəsizlik yönləndirmələrinin dayanması nəticəsində yüzlərlə yerli və qlobal xidmətin eyni anda əlçatmaz olmasına səbəb olub.

Hazırda problemlərin nə qədər davam edəcəyi məlum deyil. Xidmətlərin bərpası üçün Cloudflare tərəfindən iş aparıldığı güman edilsə də, ölkədə həm media, həm e-ticarət, həm də ödəniş platformalarının tamamilə əlçatmaz qalması kəsintinin əhatə dairəsinin çox geniş olduğunu göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img