Cloudflare-də baş verən kəsinti Qlobal və Azərbaycan internetinə təsir edib

Cloudflare-in qlobal şəbəkəsində baş verən geniş miqyaslı nasazlıq Azərbaycanda internet xidmətlərinin fəaliyyətini ciddi şəkildə iflic edib. Kəsinti nəticəsində ölkədə bir çox veb-resurslara, o cümlədən media portallarına, informasiya saytlarına və sosial şəbəkələrə çıxış tamamilə dayanıb. Xüsusilə X.com platforması tam əlçatmaz vəziyyətə düşüb və istifadəçilər sayta daxil ola bilmirlər.

Problemin təsiri təkcə media sahəsi ilə məhdudlaşmır. Cloudflare infrastrukturu üzərindən çalışan yerli e-ticarət platformalarının da fəaliyyəti dayanıb. BirMarket, Kontakt, MGstore, MyShop kimi onlayn mağazalar tamamilə açıqlanmır və istifadəçilər heç bir əməliyyat həyata keçirə bilmirlər.

Eyni vəziyyət elektron ödəniş sistemlərində də müşahidə olunur. Epoint, Fizzapay, GoldenPay kimi fintech xidmətlərinin saytları açılmır və tranzaksiya xidmətləri faktiki olaraq işləmir. Kəsintinin miqyası göstərir ki, problem CDN və təhlükəsizlik yönləndirmələrinin dayanması nəticəsində yüzlərlə yerli və qlobal xidmətin eyni anda əlçatmaz olmasına səbəb olub.

Hazırda problemlərin nə qədər davam edəcəyi məlum deyil. Xidmətlərin bərpası üçün Cloudflare tərəfindən iş aparıldığı güman edilsə də, ölkədə həm media, həm e-ticarət, həm də ödəniş platformalarının tamamilə əlçatmaz qalması kəsintinin əhatə dairəsinin çox geniş olduğunu göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Cerebras səhmləri zəif marja proqnozu ilə çökdü

Cerebras ilk ictimai hesabatında dar marja proqnozu verərək investorları qorxutdu və səhmlərin kəskin düşməsinə səbəb oldu.

Şirkətlər işçilərin AI büdcələrini kiçik tapşırıqlarla tükətməsinin qarşısını almağa çalışır

Tokenmaxxing dövrü başa çatdı: şirkətlər işçilərin AI büdcələrini kiçik tapşırıqlarla tükətməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edir.

Ethereum Fondunun struktur dəyişikliyi kripto bazarını canlandırdı

Ethereum Fondunun struktur dəyişikliyi və EthLabs-ın işə salınması kripto bazarında nikbinliyi artırdı.

Infosys keçmiş rəhbərinin startapu IT xidmətlərini dəyişdirmək istəyir

Infosys-in keçmiş rəhbəri Vishal Sikka, IT xidmətləri sahəsində inqilab edəcək yeni bir startup qurdu.

Bitcoin 62.000 dollara eniş etdi, çip satışları dərinləşdi

Bitcoin qiyməti 62.000 dollara eniş etdi, çip səhmlərindəki satışlar və ABŞ dollarının güclənməsi təzyiq yaradır.
spot_img