Clopos 🇹🇷 Türkiyə bazarında fəaliyyətə başlayıb

Restoranlar üçün bulud Pos və Menyu sistemi olan Clopos Türkiyədə fəaliyyətə başlayıb.

Bu barədə Clopos şirkətinin həmtəsisçisi Murad Həsənov sosial media hesablarında paylaşıb.

Clopos qısa müddətdə Yemeksepeti, Trendyol Yemek və Getir Yemek kimi tanınmış qida çatdırılma platformaları ilə inteqrasiya etməklə, Türkiyə bazarına uyğunlaşdırılıb. POS ödənişləri və e-hökumət xidmətləri üçün Ingenico və iKasa məhsullarını birləşdirmək məqsədilə Worldline Türkiye ilə inteqrasiya edilib və problemsiz əməliyyat təcrübəsi təmin olunub.

Clopos Türkiyənin smart menyu həllərinin təminatçısı olan Pardon ilə stratejik əməkdaşlığa başlayıb. Şirkət Türkiyə bazarına girişi ilk olaraq İzmir şəhərindən başlayıb və bir neçə restoranla inteqrasiya edib

Qeyd edək ki, Clopos restoran biznesləri üçün aparıcı yeni nəsil bulud əsaslı POS həllidir. Clopos restoran və kafelərə əlavə olaraq QR Menyu, Elektron kassa, Yemək çatdırılma aqreqatorları, Mətbəx sistemi və CloposPay həllərini təqdim edir. Şirkət hazırda Azərbaycan, Gürcüstan, BƏƏ və Özbəkistan bazarlarından olan müştərilərinə xidmət verir.

spot_imgspot_img

Oxşar xəbərlər

Shopify checkoutda AI agentlərə icazə verir: e-ticarətdə yeni dövr

Shopify ödəniş mərhələsində brauzer əsaslı süni intellekt agentlərinə icazə verən WebMCP dəstəyini genişləndirib. Bu, e-ticarətdə agent əsaslı alış dövrünün başlanğıcı ola bilər.

Bitcoin 83 min dollara düşdü, altkoinlər cümə yüksəlişini geri qaytardı

Bitcoin 1,7 faiz düşərək 83 min dollara enib, altkoinlər cümə yüksəlişini geri qaytarıb. Bazar ABŞ məşğulluq məlumatlarını gözləyir.

OpenAI rogue süni intellekt hadisələrinə nəzarəti itirir: hesabatlar narahatlıq doğurur

OpenAI süni intellekt modelləri ilə bağlı gözlənilməz davranış hallarını əks etdirən yeni hesabatlar dərc edib. Hadisələrin miqyası narahatlıq doğurur.

Bybit Franklin Templeton-un tokenləşdirilmiş fondlarını ticarət girovu kimi qəbul edir

Bybit Franklin Templeton-un tokenləşdirilmiş fond paylarını ticarət girovu kimi qəbul etməyə başlayıb. Bu, tokenləşdirmə tendensiyasının genişlənməsini göstərir.

Google Gemini-nin Gems funksiyasını ləğv edir, əvəzinə skills gətirir

Google Gemini daxilindəki Gems funksiyasını ləğv edərək yeni skills mexanizminə keçir. Bu, agent əsaslı süni intellekt strategiyasında dəyişiklik deməkdir.
spot_img