Bitkoini kəskin bahalaşdıran nədir?

Bu il dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son 3 ildə ilk dəfə 57 min ABŞ dolları keçdi, hazırda isə qiymət 56,2 min ABŞ dolları civarındadır.

Son nəticədə onun bazar kapitallaşması 1,1 trilyon ABŞ dollarına yüksəlib.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev hesab edir ki, qiymətin birdən-birə xeyli yüksəlməsinin səbəbi bir sıra fondların və korporativ şirkətlərin bitkoinə investisiya qoyuluşunu kəskin artırmasıdır. Başqa sözlə, bazara nəzərəçarpacaq dərəcədə vəsaitin daxil olması bahalaşmaya stimul verib.

“Bu ilin aprel ayında “bitcoin halving” (kriptovalyuta şəbəkəsində yaradılan hər bloka görə mükafatın azalması) hadisəsi gözlənilir. Tarixi statistik məlumata əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və növbəti tarixi maksimuma yüksəlib. Daha bir səbəb, ABŞ Federal Ehtiyatlar Sisteminın (FED) uçot dərəcəsini vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artmasıdır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bitkoin yeni “buğa dövrü”nə daxil olur: “Bitkoinin tarixi maksimum qiymət səviyyəsi olan 69 min ABŞ dollarına qədər artımını hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitkoin yaxın zamanda 57,9 min və 58,2 min ABŞ dolları hədəfləri keçməlidir ki, növbəti tarixi maksumum qiymətini yeniləyə bilsin”.

“Bundan əlavə, qorxu və xəsislik indeksi (“Fear & Greed Index”) hazırda 79 bənd səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 bənddən çox olduqda, iri investorlar satış edirlər”, – deyə E.Quliyev əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img