BitAZN Azərbaycanda kriptovalyuta ticarəti üçün yeni imkanlar yaradır

Azərbaycanın ilk kriptovalyuta birjası olan BitAZN istifadəçilərə virtual aktivlərin alqı-satqısı və saxlanılması üçün rəqəmsal platforma təqdim edir. “BİTAZN” MMC tərəfindən həyata keçirilən layihə virtual aktivlərin milli valyuta və digər kriptovalyutalarla mübadiləsini, eləcə də onların təhlükəsiz saxlanmasını nəzərdə tutur.

Platformada yalnız beynəlxalq tənzimlənən birjalarda listinqdə olan virtual aktivlər üzrə əməliyyatlara icazə verilir. BitAZN istifadəçilərə real vaxt rejimində qiymətləri izləmək, bazar analizləri aparmaq və müxtəlif ticarət alətlərindən yararlanmaq imkanı yaradır. Bunun üçün platformada TradingView-in Qabaqcıl Diaqram (Advanced Chart) modulu inteqrasiya olunub.

BitAZN bildirir ki, virtual aktivlərin saxlanılması beynəlxalq təhlükəsizlik standartlarına uyğun həllərlə təmin edilir. Platformanın əsas məqsədi kriptovalyuta ticarətini daha əlçatan, şəffaf və təhlükəsiz etməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Ticimax Türkiyənin canlı alış-veriş atlasını açır

Ticimax on minlərlə e-ticarət saytının alış-veriş məlumatlarını Ticimax Canlı platforması ilə açıq edir.

Shein ABŞ-da müştərilərə 100 milyon dollar ödəyəcək

Shein ABŞ-da FTC araşdırmasının nəticəsi olaraq müştərilərə 100 milyon dollar kompensasiya ödəyəcək.

Europol 11 ölkədə 57 qeyri-qanuni IPTV xidmətini bağlayıb

Europol koordinasiyası ilə 11 ölkədə 57 qeyri-qanuni IPTV xidməti bağlanıb, 26 milyon avrodan çox kripto əməliyyatı araşdırılır.

AMB “102” xidmətinə edilən şikayətləri banklara avtomatik göndərəcək

Azərbaycan Mərkəzi Bankı "102" xidmətinə daxil olan müraciətlərin banklara avtomatik ötürülməsini təmin edəcək.

Tidal tamamilə süni intellektlə yaradılan milyonlarla mahnını silir

Tidal musiqi platforması tamamilə süni intellekt tərəfindən yaradılan mahnıları kataloqundan çıxarır. Süni intellekt dəstəyi ilə hazırlanan treklər isə qalacaq.
spot_img