“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə “Birmarket” brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması iki milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.

Azərbaycanın ən böyük elektron ticarət platforması olan “Birmarket” müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Gəl al” təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçatan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.

“Birmarket”, özündə “Birbank”, “m10”, “MilliÖn” və digər servisləri birləşdirən “Bir” rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.

“Birmarket” brendinin istifadəyə verilməsi, “Bir” ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır”, – “Birmarket”in baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən “Umico” mobil tətbiqi mərhələli şəkildə avtomatik olaraq “Birmarket” brendinə dəyişəcək. Bunun üçün istifadəçilərin mobil tətbiqi yeniləmələri kifayətdir. Həmçinin “Gəl al” məntəqələrinin yenilənməsinə də 1 iyul tarixindən etibarən start veriləcək və məntəqələr “Birmarket” adı altında fəaliyyətlərini davam etdirəcəklər. Brendin yenilənməsi mövcud hesablar, sifarişlər və loyallıq proqramlarında heç bir dəyişikliyə səbəb olmayacaq. İstifadəçilər əlavə əməliyyata gərək olmadan mövcud imkanlardan yararlana biləcəklər.

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir ekosistem”i “Birbank”, “m10”, “MilliÖn”, “Birmarket”, “BakıKart” və “Trendyol Azərbaycan” kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. “PAŞA Holding” tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Binance hər ay öz işçilərini “red team” testinə çəkir: kibertəhlükəsizlik strategiyası

Binance daxili təhlükəsizlik üçün hər ay işçilərini simulyasiya edilmiş hücumlarla yoxlayır. Bu, sosial mühəndislik risklərini azaldır.

Cənubi Koreyanın ən böyük bankı JPMorgan blokçeyn platformasında ödəniş xidməti başladır

Kookmin Bank JPMorgan-ın blokçeyn platforması vasitəsilə 10 ölkədə bizneslərə sərhədlərarası ödəniş xidməti təqdim edəcək.

Azərbaycanda istehlak və ipoteka kreditləri üçün sığorta mexanizmi gəlir

Mərkəzi Bank istehlak və ipoteka kreditləri üçün risk sığortası mexanizmi hazırlayıb. Bu, faizlərin azalmasına və kredit bazarının inkişafına səbəb ola bilər.

Rusiyadan benzin ixracı qadağası 2026-cı ilin sonuna qədər uzadıldı

Rusiyadan benzin ixracı qadağası 2026-cı ilin sonuna qədər uzadılıb. Bu qərar e-ticarət logistikasına təsir göstərə bilər.

Elon Musk-ın tunel startapı The Boring Company 20 milyard dollar dəyərləmə ilə investisiya turuna hazırlaşır

Elon Musk-ın tunel şirkəti The Boring Company 20 milyard dollar dəyərləmə ilə 4 milyard dollar investisiya yığmağa hazırlaşır.
spot_img