Baku Blockchain Meetup 2025: Portcoin təqdimatı və Airdroplar

Bakıda keçirilən Baku Blockchain Meetup 2025 vol.1, blokçeyn və kriptovalyuta sahəsindəki yerli mütəxəssislər və entuziastları bir araya gətirdi. Tədbirdə iştirakçılara Azərbaycanda blokçeyn texnologiyalarının və kriptovalyutaların inkişafı ilə bağlı məlumatlar təqdim edildi və maraqlı çıxışlar ilə yadda qaldı.

Portcoin-in təqdimatı

Tədbirin ilk çıxışçısı “Mobile Payment Solutions” MMC şirkətinin və Portmanat brendinin təsisçisi Telman Axundov oldu. O, Azərbaycanın ilk AMB-nin xüsusi tənzimləmə rejimi (Sandbox) çərçivəsində istifadəyə verilən kriptovalyutası olan Portcoin haqqında iştirakçılara məlumat verdi. Axundov qeyd etdi ki, Portcoin Azərbaycan Mərkəzi Bankının tənzimləmə rejimi çərçivəsində yaradılıb və təhlükəsiz rəqəmsal əməliyyatlar üçün böyük bir imkan yaradır. Portcoin kriptovalyutasından P2P ödəmələr, beynəlxalq pul köçürtmələri və digər oxşar sahələrdə istifadə edilməsi planlanır. Layihə Sandbox çərçivəsində baş tutduğundan istifadəçi sayı və köçürmələrdə limitlər tətbiq olunsa da, layihənin uğurlu olacağı təqdirdə, tam və aktiv şəkildə istifadəsinə başlanılacaq.

Blokçeyn layihələrindən real nümunələr

Daha sonra səhnəyə çıxan Yusifli Tech-in təsisçisi Elşad Yusifli, blokçeyn texnologiyasının müxtəlif sahələrdə istifadəsindən danışdı. O, blokçeyn sistemlərinin şəffaflıq yaratmaq və iş proseslərini optimallaşdırmaq üçün necə tətbiq oluna biləcəyini göstərdi və öz şirkətlərinin həm Azərbaycan, həm də Türkiyə, İtaliya, BƏƏ kimi ölkələrdən olan layihələrdə necə tətbiq etdikləri haqqında məlumat verdi.

Telegram Airdrop-lar və startaplar üçün faydaları

Bonpara şirkətinin təsisçisi Orxan Əhmədov isə Telegram Airdrop-ların startap bizneslərində necə istifadə oluna biləcəyini izah etdi. Öz çıxışından Telegram platformasında istifadəyə verilmiş Notcoin, Hamster Kombat, Blum kimi gamification tətbiqli token airdropları və Binance, OKX, CEXio kimi şirkətlərin də bu növ layihələrə qoşularaq dəstək olduqlarını açıqladı. Təqdimat zamanı bu layihələrin Telegram icmasının gücündən istifadə edərək, sıfır dollar büdcə ilə bir neçə ay ərzində 10 milyonlarla istifadəçiləri necə əldə etdikləri haqqında təqdimatda göstərdi. O bildirdi ki, bu yanaşma, startaplara yeni istifadəçilər cəlb etmək və öz icmalarını yaratmaqda kömək edir.


Baku Blockchain Meetup 2025 sadəcə texnologiya ilə maraqlananlar üçün deyil, həm də blokçeyn texnologiyalarını iş proseslərinə inteqrasiya etmək istəyən hər kəs üçün faydalı oldu. Tədbir, Azərbaycanda blokçeyn sahəsindəki inkişafları daha yaxından tanımaq və bu texnologiyaların gələcəkdə yaratdığı imkanları görmək baxımından əhəmiyyətli idi.

Tədbir Portmanat, Azərbaycan İnnovasiya Mərkəzi, Blockchain Azərbaycan Mərkəzi və Crypto & Blockchain Azərbaycan qrupunun təşkilatçılığı ilə baş tutmuşdur. Təşkilatçılar Baku Blockchain Meetup tədbirini davamlı olaraq hər ay keçiriləcəyi barədə də məlumat veriblər.

spot_imgspot_img

Oxşar xəbərlər

Avropa stablecoin-ləri qəbul etməyə hazırdırmı: tənzimləmə müzakirəsi

Avropada stablecoin-lərin tənzimlənməsi və bank sisteminə inteqrasiyası ətrafında müzakirələr davam edir, MiCA qaydaları yeni çərçivə yaradır.

OpenAI mühəndisi həbsdən azad edilməsini xahiş edir, ittihamı rədd edir

OpenAI mühəndisi həbsdən azad edilməsini xahiş edir və ABŞ-dən qaçmağı planlaşdırdığı iddiasını rədd edir.

NVIDIA RTX Spark süni intellekt avadanlığı İstanbulda təqdim olundu

NVIDIA yeni nəsil RTX Spark seriyasını İstanbulda təqdim edib, tədbirdə 1200-dən çox iştirakçı süni intellekt dəstəkli avadanlıqları sınaqdan keçirib.

Goldman Sachs, Wells Fargo və Morgan Stanley tokenizasiyanı böyümə fürsəti görür

Wall Street-in aparıcı bankları tokenizasiyanı təhlükə deyil, yeni gəlir mənbəyi və böyümə fürsəti kimi qiymətləndirir.

Kripto PAC-ları Ohayo seçkilərində 52 milyon dollar xərcləyir

Kripto sənayesi ilə əlaqəli siyasi komitələr Ohayo seçkilərində 52 milyon dollardan çox vəsait xərcləyir. Bu, sənayenin siyasi təsirinin artdığını göstərir.
spot_img