“Bakcell” süni intellekt sahəsində “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.

Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” dünyanın aparıcı telekommunikasiya şirkəti “Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq.

Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən “Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.

“Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində “Vodafone” şirkətinin maliyyə  texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.

 “Bu əməkdaşlıq “Bakcell”in telekommunikasiya bazarında mövqelərini daha da gücləndirəcək və müştərilərimizə ən son innovativ həll yolları təqdim etməyimizə imkan verəcək. “Vodafone”la tərəfdaşlıq, həmçinin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək və yeni texnologiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcək”, – deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

“Vodafone”un Tərəfdaş Bazarları üzrə baş icraçı direktoru Petr Dvorjak isə öz növbəsində əlavə edib: “Biz telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, əməliyyatların səmərəliliyi və müştəri xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək məqsədilə dünyada bir sıra telekommunikasiya operatorları ilə əməkdaşlıq edirik. Biz qarşıdakı illər ərzində “Bakcell”lə birgə işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu əməkdaşlıq “Bakcell”in fərdi və korporativ müştərilərinə böyük fayda gətirəcək”.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

spot_imgspot_img

Oxşar xəbərlər

Yandex Özbəkistanda yeni onlayn ticarət platformasını istifadəyə verib

Yandex Özbəkistanda rəsmi olaraq ölkədə yeni “Market” onlayn ticarət platformasını...

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...
spot_img