“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.

“AzPost Mobile” “Azərpoçt”a məxsus plastik kartlardan faydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Onun vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir. Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsus kartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər bir istifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər. Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən “Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığını artırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər bu tətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img