“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.

“AzPost Mobile” “Azərpoçt”a məxsus plastik kartlardan faydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Onun vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir. Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsus kartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər bir istifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər. Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən “Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığını artırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər bu tətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Lockdown Mode: Prompt Injection Qorunması

OpenAI, ChatGPT-ni prompt injection hücumlarından qorumaq üçün Lockdown Mode adlı yeni xüsusiyyəti istifadəyə verdi.

20 milyon dollarlıq ailə payını milyard dollarlıq kripto imperiyasına çevirən qabaqcıl

Kripto qabaqcılı Ceyms Vuo 20 milyon dollarlıq ailə sərvətini 1 milyard dollarlıq kripto imperiyasına çevirdi.

İnvestorlar Bitcoin düşərkən Hyperliquid ETF-lərinə axın edir

Investorlar Bitcoin-in düşüşü zamanı Hyperliquid ETF-lərinə böyük maraq göstərir.

Sriram Krishnan Ağ Evin süni intellekt müşaviri vəzifəsindən ayrılır

Ağ Evin süni intellekt müşaviri Sriram Krishnan vəzifəsindən ayrılır və yeni təşkilat qurmağı planlaşdırır.

Bitcoin və Ether FTX çöküşündən bəri ən pis həftəlik enişi yaşayır

Bitcoin və ether FTX çöküşündən sonra ən pis həftəlik enişi yaşayır, 390 milyard dollar silinib.
spot_img