“Azercell” yeni Wi-Fi cihazını təqdim edir

4G modem alan hər kəsə 55Gb internet hədiyyə olunur

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC yeni Wi-Fi cihazını təqdim edir. Xüsusi kampaniya çərçivəsində Wi-Fi modem alan hər kəsə Fakturasız xətt data nömrə və 55GB həcmində internet paketi (istifadə müddəti 30 gün) hədiyyə olunur. Yeni modemi 159 AZN-ə əldə etmək mümkündür.

64-ə qədər cihazın eyni anda yüksək sürətli internetə qoşulmasını təmin edən bu modem smartfon, kompüter, noutbuk, planşet, printer, televizor və s. bu kimi cihazları dəstəkləyir. Yeni 4G Wi-Fi modem ev və ofis ilə yanaşı, istirahət zamanı portativ internetə ehtiyacı olan istifadəçilər üçün də ideal bir həlldir. Belə ki, cihaz 90 metrlik radiusda stabil internetə qoşulma imkanı təqdim edir.

Kampaniyadan faydalanmaq istəyən abunəçilər ən yaxın Azercell satış məntəqəsinə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün veb-səhifəyə keçid etməyiniz xahiş olunur.

“Azercell”in yeni Wi-Fi kampaniyasına qoşularaq yüksək sürətli internet təcrübəsindən yararlanın!

spot_imgspot_img

Oxşar xəbərlər

Ceki Çan Qazaxıstan bankının reklamında taksi sürücüsü rolunda

Məşhur aktyor Ceki Çan Qazaxıstan bankının reklam kampaniyasında yeni obrazda təqdim olunub.

Mosbirjada ən pis səhm göstəriciləri: üç rüb ərzində 66,77% ucuzlaşma

Rusiya fond bazarında üç rüb ərzində ən pis göstəricili səhmlər orta hesabla 66,77% dəyər itirib.

Tramp süni intellekt üzrə yeni federal işçi qrupu yaradıb

Tramp administrasiyası süni intellekt sahəsində koordinasiyanı gücləndirmək üçün yeni federal işçi qrupu yaradıb.

Robotaksilərə nəzarət: süni intellekt nəqliyyatda yeni mərhələyə keçir

TechCrunch Mobility robotaksilərin tənzimlənməsi və süni intellektin nəqliyyatda artan rolunu müzakirə edib.

Trump süni intellekt təhlükəsizliyi üçün Super Intelligence Force təsis etdi

ABŞ Prezidenti Donald Trump süni intellekt təhlükəsizliyi üçün yeni Super Intelligence Force qurumunu təsis edib.
spot_img