Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il Azercell-in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.

Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.

2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il isə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.

Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir.

Ətraflı məlumat üçün: www.angelinvestor.az

spot_imgspot_img

Oxşar xəbərlər

Clarity Act ehtimalları proqnoz bazarlarında kəskin artdı

Proqnoz bazarlarında Clarity Act-ın qəbulu ehtimalları artıb, lakin kripto qanun layihəsi hələ də uzun yol qət etməlidir.

Mecka robotların öyrədilməsi üçün 500 milyon dollar dəyərləmə ilə investisiya alır

Robot öyrədilməsi üzrə ixtisaslaşan Mecka startapı Sequoia Capital-ın rəhbərliyi ilə 500 milyon dollar dəyərləmə üzrə investisiya alır.

Amazon Prime Video qısa formatlı xəbər klipləri ilə TikTok-a meydan oxuyur

Amazon Prime Video tələb əsaslı qısa xəbər klipləri təqdim edərək qısa formatlı video bazarına daxil olur.

ABŞ bankları stablecoin mükafatlarına sərt limit tələb edir

ABŞ bankları stablecoin mükafatlarına daha sərt məhdudiyyətlər tələb edir, Senat isə Clarity Act layihəsinə səsverməyə hazırlaşır.

Moody’s: Azərbaycan süni intellekt infrastrukturunda region lideridir

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanı regionda süni intellekt infrastrukturunun inkişafına görə lider ölkələrdən biri adlandırıb.
spot_img