“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub.

“Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir. “Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır.

Platformanın əsas üstünlükləri:
• Ödənişlərin eyni gün və ya növbəti iş günü ərzində çatdırılması;
• Vəsaitlərin benefisiar banka kəsintisiz ötürülməsi;
• Valyuta konversiyası və komissiyaların əməliyyata qədər tam aydın görünməsi;
• Ödəniş statusunun real vaxt rejimində izlənməsi;
• Avtomatlaşdırılmış proseslər hesabına əməliyyat xətalarının və vaxt itkisinin azaldılması;
• İş proseslərinin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması;
• Geniş analitik və hesabat alətləri ilə qərarvermə prosesinin dəstəklənməsi.

Bununla da “Visa B2B Connect” platforması biznes sahibləri üçün əməliyyatları sadələşdirir, insan səhvlərini minimuma endirir və daha ağıllı qərarların qəbulu üçün analitika və hesabat alətlərindən istifadəni mümkün edir.

Eyni zamanda “Azərpoçt” müştərilərinə qlobal bazarda daha səmərəli fəaliyyət göstərməyə kömək etmək öhdəliyini davam etdirir və rəqəmsal imkanlarını genişləndirərək hüquqi şəxslər və fərdi sahibkarlara İnternet bankçılıq xidməti vasitəsilə köçürmələr aparmaq, əməliyyatları izləmək və maliyyə sənədlərinə bank şöbəsinə müraciət etmədən çıxış əldə etmək imkanı yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img