Azərbaycanda ilk dəfə keçirilən ecomX E-ticarət təlim proqramının birinci mərhələsi uğurla başa çatdı

Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb. Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər.

Təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət bizneslərinin böyüdülməsi və genişləndirilməsi yolları öyrədilib. Proqram, yalnız bilik ötürmə ilə kifayətlənməyərək, iştirakçılar üçün real biznesə keçid üçün effektiv platforma rolunu oynayıb.

Layihənin əsas məqsədlərindən biri regionlarda yaşayan vətəndaşlara e-ticarət bacarıqları qazandırmaq, rəqəmsal iqtisadiyyata inteqrasiyanı gücləndirməkyeni iş yerlərinin yaradılmasına töhfə vermək olub.

Proqram çərçivəsində 36 saat onlayn4 şəhərdə ümumilikdə 12 canlı təlim keçirilib. Təlimi uğurla tamamlayan iştirakçılara isə Azərbaycanda ilk dəfə blokçeyn texnologiyası ilə qeydə alınmış xüsusi sertifikatlar təqdim edilib.

Növbəti mərhələdə, potensialı yüksək olan ideyalar arasından seçilmiş iştirakçılar ecomX inkubasiya proqramına dəvət olunacaq. Bu mərhələdə 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30,000 AZN mükafat fondu bölüşdürüləcək.

Sizi nələr gözləyir?

  • 30 000 AZN mükafat fondu
  • Minimum işlək məhsul (MVP) hazırlığı
  • Peşəkar mentor dəstəyi
  • Ekosistemlə tanışlıq və bazara çıxış dəstəyi

Kimlər iştirak edə bilər?

Bakı ilə yanaşı, ölkənin bütün regionlarından olan və regionlardan olan şəxslər iştirak edə bilər.

Son qeydiyyat tarixi: 10 may 2025 / 24:00

Qeydiyyat linki: https://forms.gle/vhpSde8DjxAbQLXd7 

ecomX proqramı Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

EcomX, Azərbaycanda e-ticarət sahəsində yeni bir nəsil sahibkarların formalaşmasına və ölkənin rəqəmsal iqtisadiyyatının güclənməsinə xidmət edən mühüm bir platformaya çevrilməkdədir.

spot_imgspot_img

Oxşar xəbərlər

Cloudflare-də baş verən kəsinti Qlobal və Azərbaycan internetinə təsir edib

Cloudflare-in qlobal şəbəkəsində baş verən geniş miqyaslı nasazlıq Azərbaycanda...

Ozon Təhvilvermə məntəqəsinin əməkdaşları üçün bəxşiş xidmətini istifadəyə verib

Ozon şirkətinin məlumatına görə, yeni bəxşiş xidməti artıq Moskva...

Airbnb ərzaq çatdırılması xidmətinə başlayır

Airbnb ABŞ-da bəzi kirayə mənzillərdə Instacart ilə əməkdaşlıq edərək...

Ozon-un Özbəkistanda dövriyyəsi beş dəfə, sifariş sayı altı dəfə artıb

Ozon Özbəkistanda dövriyyəsini, sifariş sayını, müştərilərini və sifariş nöqtələrini...

İş yerinə dair arayışın alınması “mygov”a köçürülüb

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal...
spot_img