“Azərbaycanda ilk dəfə E-ticarət İnkubasiya Proqramı keçiriləcək”

Azərbaycanın iqtisadi inkişafına töhfə vermək və ölkənin startap ekosistemini gücləndirmək məqsədilə bu ilin Fevral ayından başlayaraq “eCom X” adlı unikal e-ticarət təlim və inkubasiya proqramına start veriləcək. Layihə hibrid formatda, yəni həm onlayn, həm də canlı görüşlər şəklində Bakı, Sumqayıt, Gəncə Lənkərandan olan iştirakçılar arasında təşkil olunacaq. Proqramın əsas məqsədi 3 ay ərzində iştirakçılara sıfırdan e-ticarət biznesi qurmağı öyrətmək və onları uğurlu e-ticarət liderlərinə çevirməkdir.

Təlim zamanı iştirakçılar e-ticarətin əsas prinsipləri, məhsul seçimi, rəqəmsal marketinq strategiyaları, onlayn mağazaların yaradılması və idarə edilməsi kimi vacib mövzuları ətraflı öyrənəcəklər. Bununla yanaşı, e-ticarət bizneslərini necə böyütmək və genişləndirmək haqqında praktiki biliklər əldə edəcəklər. Bu proqram iştirakçılar üçün sadəcə bir təlim deyil, həm də öz gələcəyini qurmaq üçün real bir platformadır.

Müasir dünyada e-ticarət sektoru sürətlə inkişaf edir. Statistikalara görə, 2023-cü ildə qlobal e-ticarət bazarı təxminən 6.3 trilyon ABŞ dolları həcmində olub və bu rəqəm hər il artır. Azərbaycanda da e-ticarətə maraq yüksəkdir və bu, ölkə iqtisadiyyatının modernləşməsi və rəqəmsallaşmasına mühüm təsir göstərir. E-ticarət startaplarının genişlənməsi və rəqəmsal iqtisadiyyatın inkişafı sayəsində ölkədə yeni iş yerləri yaradılacaq, yerli sahibkarlar qlobal bazarlara çıxış imkanı əldə edəcəklər.

“eCom X” layihəsi bu inkişafı dəstəkləmək məqsədilə təşkil olunur. Təlim proqramının sonunda keçiriləcək “Ideathon” mərhələsində iştirakçılar öz e-ticarət layihələrini təqdim edəcəklər və 16 ən yaxşı e-ticarət ideyası seçilərək 3 aylıq inkubasiya proqramına qəbul ediləcəklər. İnkubasiya mərhələsi iştirakçılara bizneslərini inkişaf etdirmək, onlayn mağazalarını qurmaq və satışlarını artırmaq üçün əlavə dəstək verəcək. 30,000 AZN mükafat fondu isə ən yaxşı layihələrin sahibkarlarına verilməklə onların bizneslərini daha da irəli aparmağa kömək edəcək.

“eCom X” layihəsi zamanı iştirakçılara Azərbaycan, Türkiyə və qlobal e-ticarət təcrübəsi olan təlimçi və mentorlar dəstək olacaqlar.

Təşkilatçılar və dəstəkçilər: eCom X proqramı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətləri, Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Proqramda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Azərbaycanın hər yerindən və dünyanın müxtəlif bölgələrindən iştirak etmək istəyənlər online formada təlimlərə qoşula bilərlər.

Son müraciət və Proqrama start 15 Fevral 2025.

Qeydiyyat linki: https://forms.gle/xvHezFCq6kRpm5Uh9 
Proqram haqqında: www.ecomx.az

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan, Binance ilə əməkdaşlıq çərçivəsində öz milli kriptovalyutası olan...

m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir 

Tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa...
spot_img