Azərbaycanda “E-KOB Evi” yaradılır

Azərbaycanda “E-KOB Evi”nin yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Energy Club”ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq “Caspian Innovation Forum”da deyib.

“Sürətlə inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tədbiqi prioritetlər sırasındadır. Bu baxımdan da rəqəmsal iqtisadiyyatın əsas komponenti olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, kibertəhlükəsizlik, elektron imza, rəqəmsal həllər və digər istiqamətlərdə görülən innovativ tədbirlər ölkəmizdə yeni bir inkişaf perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi imkanlarını artırır”, – o vurğulayıb.

O. Məmmədovun sözlərinə görə, KOBİA da öz növbəsində biznes mühitinin yaxşılaşdırılması, tənzimləmə sisteminin effektivliyinin artırılması, müxtəlif dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi istiqamətində işlər aparmaqdadır: “Qeyd etmək istərdim ki, Agentlikdə sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlara göstərilən xidmətləri və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistem – “E-KOB evi portalı”nın yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img