Azərbaycan Mərkəzi Bankı “Multi Solutions”a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

“Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.

AMB bundan əvvəl “A-Solutions”, “United Payment”, “Modenis”, “PashaPay”, “Mobile Payment Solutions”, “Paysis” və “PulPal” MMC-lərə, “GoldenPay” ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations” və “Drakaris” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 13-ə çatıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img