Azərbaycan 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib

Azərbaycanın Prezidenti İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nı təsdiqləyib. Yeni sənəd ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini, biznes mühitinin rəqəmsallaşdırılmasını və yeni texnologiyaların tətbiqinin genişləndirilməsini hədəfləyir.

Strategiyaya görə, Nazirlər Kabineti tədbirlərin icrasına nəzarəti, illik hesabatların təqdim edilməsini və digər əlaqələndirmə funksiyalarını həyata keçirəcək. Tədbirlərin monitorinqi isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Rəqəmsal transformasiya üzrə hədəflər

Müəssisələrin rəqəmsal transformasiyası

2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq. Bu göstərici illər üzrə belə müəyyənləşdirilib:

  • 2026 — 50 müəssisə
  • 2027 — 100 müəssisə
  • 2028 — 180 müəssisə

Rəqəmsal transformasiyadan keçmiş müəssisələrin EBİTDA göstəricisi isə 2029-cu ildə 58 milyon manata yüksəlməlidir.

Startap ekosistemi genişlənəcək

Yeni startapların sayı 2029-cu ilə qədər 250-yə çatdırılacaq:

  • 2026 — 30
  • 2027 — 80
  • 2028 — 155

KOB-ların rəqəmsal bazarlara çıxışı

Kiçik və orta biznes subyektlərindən 200-nün rəqəmsal bazarlara inteqrasiya etməsi planlaşdırılır:

  • 2026 — 20
  • 2027 — 50
  • 2028 — 100

GenAİ-nin iqtisadi təsiri artırılacaq

Strateji sənəddə süni intellektin, xüsusilə Generativ AI-in (GenAİ) iqtisadi təsirinin artırılması xüsusi hədəf kimi göstərilib. 2029-cu ilə qədər GenAİ tətbiqlərindən yaranan iqtisadi fayda 70 milyon manata çatmalıdır.

  • 2026 — 10 milyon manat
  • 2027 — 30 milyon manat
  • 2028 — 50 milyon manat

Yeni rəqəmsal infrastruktur layihələri

“Rəqəmsal həllər və xidmətlər platforması”

Müəssisələrin rəqəmsal həllərə çıxışını asanlaşdırmaq üçün vahid platforma yaradılacaq. Onun əsas icraçısı İqtisadiyyat Nazirliyi olacaq. Platforma sayəsində rəqəmsal transformasiya etmiş müəssisələrin payının 20%-ə çatdırılması gözlənilir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”

Yeni proqram vasitəsilə KOB və iri müəssisələrin rəqəmsallaşması üçün:

  • qrantlar,
  • güzəştli kreditlər,
  • beynəlxalq modellərə əsaslanan dəstək mexanizmləri təqdim ediləcək.

Sinqapurun “Go Digital” proqramından nümunə götürülən modelin ölkədə məhsuldarlığı artıracağı proqnozlaşdırılır.

“Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılacaq

Strategiya çərçivəsində müasir texnologiyaların tətbiqi və təlim xidmətləri üzrə fəaliyyət göstərəcək mərkəz yaradılacaq. Burada:

  • azı 25 müəssisənin təlimlərə cəlb edilməsi,
  • rəqəmsal transformasiya xidmətlərindən istifadə edənlərin sayının ildən-ilə artırılması,
  • biznes proseslərində 15–30% səmərəlilik artımı
    hədəflənir.

Mərkəz Türkiyənin MEXT və Sinqapurun Digital Capability Center modelləri əsasında fəaliyyət göstərəcək.

Ümumi gözləntilər

Strategiyanın icrası nəticəsində:

  • əməliyyat səmərəliliyi 5–10% artacaq,
  • ölkədə ən azı iki beynəlxalq standartlara uyğun data mərkəzi fəaliyyət göstərəcək,
  • rəqəmsal iqtisadiyyatın qeyri-neft ÜDM-dəki payı və İKT sektorunun ümumi çəkisi davamlı artacaq.
spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img