“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək.

2021-ci ildən yenilənmə mərhələsinə keçid edən milli poçt operatoru – “Azərpoçt” MMC-nin veb-saytı yenilənib. 

Şirkətin yaydığı məlumatda bildirilir ki, saytın müasir dizaynda tərtibatı istifadəçiyə maraqlı olan bütün məlumatları asanlıqla əldə etməyə imkan yaradır.

Qeyd edilib ki, üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-sayt geniş təhlil edilmiş müştəri tələbləri əsasında hazırlanıb.

Belə ki, bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək. Misal üçün, beynəlxalq və ölkədaxili göndərişlər, daşınma şərtləri və qaydaları kimi müştərini maraqlandıran ilkin sualların cavabları, eləcə də maliyyə və poçt kalkulyatoru kimi funksionallıqlar saytda öz əksini tapıb.

Bundan başqa, istifadəçilər üçün daha zəruri hesab edilən poçt şöbələrinə dair yeni bir funksionallıq da təqdim olunub. Artıq yeni saytda vətəndaşlar öz ünvanlarına xidmət göstərən poçt şöbələrini tapa biləcək, həmçinin bir poçt şöbəsinə aid olan digər ünvanları görə biləcəklər. Vətəndaşın şöbəyə yol hərəkətinin dəqiq şəkildə təmin olunması üçün ölkə üzrə hər bir poçt şöbəsinin coğrafi koordinatları saytda maksimum dəqiqliklə yerləşdirilib.

Vətəndaşlarla kommunikasiyanın dərhal və yerindəcə əlçatanlığı baxımından saytda canlı söhbət əvvəlki qaydada yenidən təmin edilib.

Yeni veb-saytda, həmçinin istifadəçilər “Azərpoçt”un üç fərqli xidmət sahəsi (poçt, maliyyə, rəqəmsal) haqqında məlumatları daha rahat şəkildə əldə edəcək, qurumun digər xidmətləri olan karqo, sürətli poçt xidməti və marka sahələrinə asanlıqla keçid edəcəklər.

Qeyd edək ki, bu layihə “Azərpoçt”un cari il ərzində elan etdiyi üçüncü rəqəmsal layihədir. Bundan əvvəl qurum İnternet bankçılıq, “AzPost Mobile” kimi rəqəmsal həlləri də müvafiq olaraq hüquqi və fiziki şəxs olan müştərilərinə təqdim edib.

spot_imgspot_img

Oxşar xəbərlər

MSolution ISO 27001 sertifikatı əldə etdi, PCI DSS uyğunluğunu yenidən təsdiqlədi

MSolution ödəniş təşkilatı ISO 27001 sertifikatı alaraq məlumat təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğunluğunu sübut etdi.

Süni intellekt agenti öz şirkətini qurdu: kriptovalyuta ticarətinə başlayır

AI agenti Manfred adlı şirkət yaradaraq kriptovalyuta bazarında müstəqil ticarət etməyə hazırlaşır, bu sahədə ilkə imza atır.

MoonPay agent kartı: süni intellektlər Mastercard vasitəsilə stablecoin xərcləyəcək

MoonPay, AI agentlərinin öz kripto pul kisələrindən birbaşa stablecoin xərcləməsinə şərait yaradan Mastercard əsaslı kart məhsulunu istifadəyə verdi.

Tether I rübdə 1.04 milyard dollar mənfəət əldə edərək ehtiyat rekordunu yenilədi

Tether şirkəti 2026-cı ilin ilk rübündə $1.04 milyard xalis mənfəət əldə edərək ümumi ehtiyatlarını $8.23 milyard səviyyəsinə yüksəltdi.

xAI Grok 4.3 modelini aqressiv qiymətə təqdim etdi – səs klonlama dəsti ilə

xAI yeni Grok 4.3 süni intellekt modelini aşağı qiymətə təqdim edərək səs klonlama dəsti ilə diqqətləri üzərinə çəkib.
spot_img