“Azərpoçt” ötən il 125 minə yaxın ödəniş kartı buraxıb

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 124,7 min ədəd ödəniş kartı emissiya edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, bununla da milli poçt operatoruna məxsus ödəniş kartlarının sayı 391,8 min ədədə çatıb.

Ümumilikdə, “Azərpoçt”un şəbəkəsində 72 ədəd ATM, 190 ədəd POS cash, 554 ədəd POS retail, 221 ədəd səyyar ödəniş qəbulu terminalı və 20 ədəd SmartPay ödəniş terminalı vasitəsilə vətəndaşlara xidmət göstərilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Wells Fargo və digər şirkətlər OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edir

Wells Fargo və daha beş şirkət OKX-ICE-in tokenləşdirilmiş səhm planına etiraz edib. Etiraz edənlərin ümumi sayı 22-yə çatıb.

Bitcoin 80 min dollardan aşağı düşdü: ABŞ-ın Yaxın Şərqdən təxliyəsi bazara təzyiq edir

Bitcoin bir aydan çox müddətin ən aşağı səviyyəsinə enib. ABŞ-ın Yaxın Şərqdən təxliyəsi fonunda kripto bazarı həftəsonu təzyiqi altındadır.

ABŞ senatoru Tether barədə araşdırma başladıb: keçmiş Tramp müşaviri ilə razılaşma

Senat alt komitəsinin demokrat üzvü Tether-dən Nxum ilə razılaşmaya dair sənədləri tələb edib, stablecoin şəffaflığı müzakirə olunur.

Argentina prezidenti Milei barədə LIBRA memecoin işi bağlandı

Hakim Milei-nin LIBRA təbliğatının fırıldaqçılıq təşkil etmədiyini qərara alıb, lakin memecoin seqmentində şəffaflıq müzakirələri davam edir.

Initia blokçeynini dayandırdı: 2,6 milyon dollardan çox vəsait oğurlanıb

İstismar nəticəsində 2,6 milyon dollardan çox vəsait itirilib, layihə layer-1 şəbəkəsini müvəqqəti dayandırıb.
spot_img