“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib. 

Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir.

Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (Apple Pay, Google Pay, VISA və MasterCard kartları) dəstəkləyir.

Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi...

“Trendyol Azərbaycan”ın nizamnamə kapitalı 93 milyon manata qaldırıldı – kəskin artım

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artımla 93 milyon...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan...

“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə...

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...
spot_img