“Azərpoçt” İnternet bankçılıq xidmətini istifadəyə verib

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib.

Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

•Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;

•Bank hesablarına nəzarət etmək;

•Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;

•Mübadilə əməliyyatlarını həyata keçirmək;

•Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;

•Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img