Azərbaycanlıların qurucusu olduğu “Corpowid” Türkiyədə 2 milyon TL-dən artıq mükafat qazandı

“Corpowid Rəqəmsal Müyəssərlik Həlləri” şirkəti 7400-dən artıq startap arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanıb.

Dünyada ən yaxşı universitet inkubasiya mərkəzi seçilən İstanbul Teknik Universiteti İTÜ Arı Teknokent tərəfindən təşkil edilmiş ənənəvi “BigBang Startup Challange” yarışmasında azərbaycanlıların qurucusu olduğu Corpowid Rəqəmsal Müyəssərlik Həlləri şirkəti 7400-dən artıq startap (startup) arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanmışdır. 

Finalda Türkiyənin ən böyük holdingləri qarşısında çıxış edən şirkətin təqdim etdiyi innovativ həllər böyük maraqla qarşılanmışdır. Nəticədə ən çox dəstək alan 7-ci startap seçilən Corpowid 2 milyon Türk Lirəsindən artıq nağd pul və mükafatlar qazanmışdır.

Qeyd edək ki, ötən il bu mötəbər müsabiqənin finalına çıxmış 40 startap 2024-cü il ərzində 392 milyon ABŞ dolları bazar dəyəri ilə 71 milyon ABŞ dolları investisiya almışdır.

Corpowid rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startap şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96 %-i əlçatan deyildir. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, Parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.

Corpowid fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu IDDA Awards-da İlin Kəşfi nominasiyasında qalib olmuş və Netty 2024 Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanmışdır.

spot_imgspot_img

Oxşar xəbərlər

İstiqraz qiymətlərinin artımı Bitcoin superdövrü xəbərdarlığı

İstiqraz qiymətlərinin artımı Bitcoin üçün superdövrün gəldiyini göstərə bilər.

AI, HR və maliyyə xidmətləri: bank sistemlərinin müasirləşdirilməsi

Maliyyə institutları süni intellekti əsas bank sistemlərinə inteqrasiya etməyin yollarını araşdırır.

SEC tokenləşdirilmiş səhmlər üçün innovasiya istisnasını təxirə saldı

SEC, tokenləşdirilmiş səhm ticarəti üçün innovasiya istisnası planını təxirə salıb.

TD Bank ipoteka üçün süni intellekt modeli yaratdı

TD Bank ipoteka və ev krediti üçün agentli süni intellekt modeli buraxıb. Model sənədləri avtomatik təhlil edir.

Avropa Mərkəzi Bankı avro stablecoin təklifini rədd etdi

Avropa Mərkəzi Bankı avro stablecoin təklifini rədd edib. Qərar, yüksək risklər səbəbindən qəbul edilməyib.
spot_img