Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib, alışı və satışı başlayıb

“Mobile Payment Solutions” MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyutasını yaratdığını açıqlayıb.

Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, “PortCoin” kriptovalyutası “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı “Portmant” istifadəçilərinin sərəncamına verilib.

PortCoin (PTC) rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılımışdır və bununla əlaqədar 15 yanvar 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində Baku Blockchain Meetup 2025 çərçivəsində Portcoin Kriptovalyutanın Təqdimatı və Blokçeyn-Kriptovalyuta haqqında digər mövzularda təqdimatlar baş tutacaq.

“Mobile Payment Solutions” MMC Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. 

PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçiriləcək blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. 

Xüsusiyyətlər:

1. Blokçeyn texnologiyası: Binance Smart Chain (BSC) üzərində BEP-20 standartı. 

2. Sadə əməliyyatlar:

 – Portmanat hesabı ilə kriptovalyutaları al, sat və AZN-ə çevir.

 – Digər PTC hesabları arasında köçürmələr. 

“PortCoin” kriptovalyutasının alışı və satışı üçün “Portmanat” tətbiqini yükləmək, qeydiyyatdan keçək və ASAN Sima ilə təsdiqləmək tələb olunur. Bu addımlardan sonra PTC adresi yaradılmalıdır. 

PTC adresi yaratmaq üçün aşağıdakı şərtləri mütləq yerinə yetirməyiniz vacibdir:

    1. SIMA ilə təsdiq: Hesabınızı Limitlər və imkanlar bölməsindən SIMA vasitəsilə təsdiq etməlisiniz.

    2. İki addımlı doğrulama: Təhlükəsizlik bölməsindən Google 2 faktorlu təsdiqləmə funksiyasını aktiv etməlisiniz.

Portcoin əməliyyatları üçün aşağıdakı limitlər tətbiq olunur:

    * PTC 1 aylıq alış limiti: 1000 AZN.

    * PTC 6 aylıq alış limiti: 5000 AZN.

    * PTC 1 aylıq satış limiti: 1000 AZN.

    * PTC 6 aylıq satış limiti: 5000 AZN.

spot_imgspot_img

Oxşar xəbərlər

Fast Metals tullantıları tullantı ilə təmizləyərək kritik minerallar çıxarır

Fast Metals, alüminium istehsalı tullantılarını emal edərək kritik minerallar çıxaran innovativ startupdır.

Stablecoin şirkəti Brale yeni protokol ilə fərdi tokenlərin miqyaslanmasında əsas maneəni aradan qaldırır

Stablecoin şirkəti Brale, fərdi tokenlərin miqyaslanmasında əsas maneəni aradan qaldıran yeni bir protokol təqdim edib.

Claude Opus 5 süni intellekti satış avtomatında rəhimsiz rəqabət strategiyası nümayiş etdirdi

Andon Labs simulyasiyasında Claude Opus 5 satış avtomatı idarə edərkən rəqiblərinə qarşı rəhimsiz rəqabət aparıb.

Beempa və gələcəyin texnologiyası: e-ticarət əməliyyatlarında yeni dövr

Beempa şirkətinin baş texnologiya direktoru Emre Hızlı, e-ticarət əməliyyatlarında yeni texnologiyaların rolunu vurğulayır.

Mərkəzi Bank maaş və pensiya kartları bazarında rəqabəti artırmaq üçün yeni mexanizmlər hazırlayır

Mərkəzi Bank sədri Taleh Kazımov maaş və pensiya kartları bazarında rəqabətin artırılması üçün yeni mexanizmlər hazırlandığını açıqlayıb.
spot_img