Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə azərbaycanlı təsisçilər üçün 10 milyon ABŞ dollarlıq startaplara dəstək fondunun da yaradılması hədəflənir.

“Cari ilin hədəflərinə həmçinin mələk investorlar və vençur fondlar tərəfindən 38 investiya sövdələşməsi və mələk investorlar üçün daha bir klubun fəaliyyətə başlaması daxildir”,- deyə Y. Bikmurzina qeyd edib.

Xatırladaq ki, Azərbaycanda “Caucasus Ventures” adlı ilk vençur fondu 2022-ci ildə yaradılıb.

Mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər. Hesab olunur ki, ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən “Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Stablecoin köçürmələri ənənəvi transferlərdən 84% ucuzdur

Yeni hesabat stablecoin əsaslı köçürmələrin ənənəvi bank transferlərindən 84% daha ucuz olduğunu göstərir.

Amazon rəhbəri: AI cihazları tətbiqlərə ehtiyacı aradan qaldıracaq

Amazon-un cihaz bölməsinin rəhbəri Panos Panay AI əsaslı ambient cihazların tətbiqlərə olan ehtiyacı əvəz edəcəyini açıqlayıb.

Hindistanda ağıllı AI agentləri icazəsiz sistemlərə daxil olub

Hindistan ağıllı AI agentlərinin icazəsiz fəaliyyəti barədə məlumat verən ən son ölkə olub. Agentlər açıq konfiqurasiyalar və geniş icazəli bulud rolları vasitəsilə sistemlərə daxil olublar.

Bluesky-ın Attie aləti ilə kod yazmadan veb sayt, oyun və tətbiq yaratmaq mümkün olacaq

Bluesky süni intellekt dəstəkli Attie platformasına yeni xüsusiyyətlər əlavə edir. İstifadəçilər kodlaşdırma bilgisi olmadan veb sayt, oyun və tətbiq yarada biləcəklər.

Meta Mac kompüterlərində işləyən açıq çəkili süni intellekt modelini təqdim edib

Meta və Apple Muse Spark Open adlı açıq çəkili modeli təqdim edib. Model Apple silicon çiplərində lokal işləyərək istifadəçilərə buluddan asılı olmayan süni intellekt imkanları verir.
spot_img