Azərbaycanda “E-Şikayət” sistemində karqo üzrə şikayətlər qəbul olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Ötən ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

spot_imgspot_img

Oxşar xəbərlər

İlon Mask ənənəvi pulun əhəmiyyətini itirə biləcəyini deyir

İlon Mask hesab edir ki, süni intellekt və kosmik texnologiyaların inkişafı ənənəvi pulun rolunu köklü şəkildə dəyişə bilər.

OCC stablecoin mükafatları üzrə yekun qaydanı hazırlayır

OCC stablecoin mükafatlarının GENIUS Aktı ilə uzlaşdırılması üzrə yekun qaydanı hazırlayır. Qərar kripto bazarının tənzimlənməsində mühüm addımdır.

eBay işçi qüvvəsini 9% azaldır: e-ticarət nəhəngində yenidənqurma

eBay əməliyyatlarını sadələşdirmək üçün işçilərinin 9%-ini ixtisar edir. Qərar e-ticarət sektorunda struktur dəyişikliklərinin davamını göstərir.

Bitcoin 84 min dollara doğru irəliləyir, Asiya texnologiya səhmləri bazarı dəstəkləyir

Bitcoin Asiya texnologiya səhmlərinin dəstəyi ilə bir həftəlik maksimuma qalxıb, investorlar risk idarəetməsi alətlərinə daha çox müraciət edir.

Sorğu: süni intellektdən sonra menecerlər işçilərin fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkir

Sorğu göstərir ki, süni intellekt alətləri menecerlər üçün məhsuldarlıqdan çox qiymətləndirmə çətinliyi yaradır.
spot_img